BolgeXeber.Com » Siyasət » 60 sayli dairənin deputati kim ola bilər?

60 sayli dairənin deputati kim ola bilər?

13-10-2010, 03:25
Oxunub: 6 585

"Son" Monitorinq Qrupunun araşdırması Fəzail Ağamalının öndə olduğunu göstərir

“SON” Monitorinq Qrupunun yeni layihəsi davam edir. 101 nəfərlik peşəkar sosioloq, psixoloq, jurnalist, elm adamı və QHT üzvləri Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı real proqnozları nəzərinizə çatdıracaq. “Son” Monitorinq Qrupunun əsas məqsədi Azərbaycanda bütün seçki dairələri üzrə real (istənilən mənada) namizədləri sizə təqdim etməkdir. Ən şanslı namizədlərin müəyyənləşdirilməsi prosesi Monitorinq Qrupu tərəfindən yerlərdə seçicilər arasında keçirilən sorğular və ictimai-siyasi dairələrin rəyləri əsasında reallaşdırılır.

Qrup 60 saylı Salyan-Naftçala Seçki Dairəsindən real mənzərəni və siyasi dairələrin rəylərini nəzərinizə çatdırır.
60 saylı Salyan-Naftçala Seçki Dairəsində proqnozlaşdırılan reytinq cədvəli belədir (bu dairədən cəmi 4 nəfər qeydə alınıb).

1. Fəzail Ağamalı

QEYD: Ana Vətən Partiyasının sədri və millət vəkili olan Fəzail Ağamalı hazırda bu dairədə rəqibsiz namizəd kimi xarakterizə edilir. Qeyd edək ki, deputatlığa namizəd siyasi cəmiyyət tərəfindən yetərli qədər tanınan siyasi sima olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının(YAP) dəstəklədiyi müttəfiq sayılır. Elə bu səbəbdən YAP bu dairədən namizəd də verməyib. Başqa maraqlı məqam isə bundan ibarətdir ki, Fəzail Ağamalı Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaranan da prosesə ciddi şəkildə təsir etməyi bacardı və bununla da imkanlarını və etibarlılığını daha da artırdı. Həmçinin aydın olan budur ki, həmin dairədən bir nəfərdə olsa ciddi siyasətlə məşğul olan şəxs yoxdur ki, Fəzail Ağamalıya rəqib olsun. Məhz buna görə də seçkilərin hazırki, durumunda qara-piar kompaniyasına məruz qalan şəxslərdən biri və birincisi Fəzail Ağamalı oldu. Bunu da qeyd edək ki, bu dairə seçiciləri kifayət sosial problemlərə görə narazı təbəqədir.

2. İlham İsmayılov

QEYD: Son zamanlar siyasi mətbəxə daxil olmaq istəyən iş adamı bu dairədə namizəd olaraq qəbul olunub. Amma hesab edilir ki, hansısa orta səviyyəli məmurlardan dəstək almaq istəyən iş adamı artıq iflasa uğrayır. Keyfiyyət etibarı ilə müsbət şəxs kimi qəbul olunan namizəd siyasi baxımdan çox naşıdır və güman edilir ki, hətta seçki gününə qədər onun namizədliyi ləğv ediləcək. Eyni zamanda bildirilir ki, İlham İsmayılov deputat olmaq üçün yox, aktivlik göstərməklə Salyan rayonunda icra başçısı postuna gəlmək istəyir. Amma bu məsələ hələ ki, mümkünsüz hal kimi dəyərləndirilir.

3. QEYD: Yeganə dairələrdən biridir ki, üçüncü namizədi dəyərləndirmək mümkünsüzdür.
Son olaraq: Bu dairədən yetərli qədər namizəd olmadığından ciddi araşdırma aparmağa dəyməz. Xatırladaq ki, bundan öncə, sorğularda millət vəkilliyinə şanslı namizəd kimi 46 saylı Şirvan seçki dairəsindən Azay Quliyev, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Mirmahmud Fəttayev, 71 saylı Masallı kənd Seçki Dairəsindən Elmira Axundova və 20 saylı Nərimanov seçki dairəsindən Arzuman Muradlı göstərilib. Araşdırmalarımız davam edir.
Qeyd edək ki, bu layihənin maliyyə dəyəri 30 min manatdır. Və bu maliyyənin ölkədaxili heç bir qurumdan asılılığı yoxdur.

REDAKSİYADAN: "Son" Monitorinq Qrupunun hesabatlarına görə “Bolgxeber.com” portalı məsuliyyət daşımır. Sayt bu hesabatları reklam şərtləri ilə yayınlayır və orada əksini tapan fikirlər yalnız Qrupun mövqeyini əks etdirir. Yarana biləcək hər hansı suallarla bağlı, "Son" Monitorinq Qrupuna müraciət edilməlidir.