Gənclər icra hakimiyyətini məhkəməyə verdi
18-01-2012, 13:15
Oxunub: 6 310
Müxalifət gəncləri Bakı şəhər İcra Hakimiyyətini və polisi məhkəməyə verib.
Bolgexeber.com-un məlumatına görə, bu barədə informasiyanı Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı əməkdaşımıza bildirib.
Səxavət Soltanlının sözlərinə görə məhkəməyə müraciət edilməsinin səbəbi İctimai Palatanın gənclərinin 15 noyabr 2011-ci ildə təşkil etdikləri etiraz aksiyasının polis tərəfindən dağıdılması olub.
Səxavət Soltanlının sözlərindən məlum olur ki, gənclər Bakı şəhər İcra hakimiyyətinin aksiyanı icazəsiz hesab etməsi, polisin müdaxiləsi, aksiyada iştirak edən gənclərdən birinin polis idarəsində 4 saat qanunsuz saxlanmasını azadlıq hüququnun pozulması hesab edirlər və pozulmuş hüquqlara görə kompensasiya ödənilməsini tələb edirlər.
“Məhkəməyə hazırlıq iclası 17 yanvar 2012-ci ilə təyin edilsə də, cavab tərəfin nümayəndələrinin məhkəməyə gəlməməsi səbəbindən 14 fevral 2012-ci ilə təxirə salınıb”, - deyə Səxavət Soltanlı yazıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər