Gədəbəyin İcra başçısı Bakiya çağırıldı
28-02-2012, 11:15
Oxunub: 6 939
Kamran Rzazadədən şikayətlər çoxaldığı üçün onu sərt cəza gözləyir
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə dünən təcili olaraq Bakıya çağırılıb. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, K.Rzazadənin Bakıya çağırılmasına səbəb Gədəbəydən onun barəsində Prezident Administrasiyasına daxil olan şikayət məktublarının sayının artmasıdır.
İcra başçısını hansı cəza gözləyəcəyi hələlik bəlli deyil. Mənbə əlavə etdi ki, 2005-ci ildə keçirilən parlament seçkilərində Gədəbəydəki 103 saylı seçki dairəsində keçirilən seçkilərin nəticələri qanunsuz hesab edildiyi üçün nəticələr ləğv edilib və 2006-ci ilin may ayında təkrar seçki keçirilib. Konstitusiya Məhkəməsi həmin dairədəki nəticələri ləğv etməsi ilə bağlı qərarında seçkilərin düzgün keçirilməməsində rayon icra hakimiyyətinin qüsurlu fəaliyyət göstərilib. Bu da icra başçısının fəaliyyətində mənfi hal kimi göstərilir.
Xatırladaq ki, ötən ilin yanvarın 20-də Gədəbəyin Zamanlı sakini Ədalət Hüseynov rayonda məmur özbaşınalığından bezərək yaşadığı evə od vuraraq özünü və ailə üzvlərini yandırmışdı. Hadisə zamanı o özü yanaraq ölmüşdü. Ə.Hüseynova intihar etməsində Gədəbəy Meşə Mühafizəsi və Bərpası direktoru Vasif Nəbiyev də rolu olduğu bildirilirdi. V.Nəbyev isə K.Rzazadənin bacanaq olmaqla yanaşı həm də Rzazadənin həyat yoldaşının əmisi oğludur.
Yazı ilə bağlı K.Rzazadənin mövqeyini öyrənməyə hazırıq../musavat.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər