Fransadan ermənilərə tərs şapalaq
28-02-2012, 19:15
Oxunub: 4 630
Fransa Konstitusiya Şurası "erməni soyqırımı" iddialarının rəddinin cinayət sayılmasını nəzərdə tutan qanunu ləğv etdi
Adıçəkilən qanun layihəsi qondarma “erməni soyqrımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro cərimə olunmasını nəzərdə tuturdu.
Xatırladaq ki, qanunun Fransa Senatındakı qəbulu ardından Avropa Demokratik və Sosialist Birlik Qrupu başçısı Jakues Mezardın liderliyi ilə başlayan etirazda 77 senatorun, məclisdə isə iqtidardakı Xalq Hərəkəti Birliyi (XHB) üzvü Mişel Diefenbaçerin rəhbərliyi ilə 65 üzvün imzası toplanaraq Konstitusiya Şurasına etiraz edilmişdi. Tələb olduğundan da çox imza toplayan millət vəkilləri və senatorlar, Fransız Konstitusiyasının 33. maddəsinə və ifadə azadlığına zidd olduğu səbəbiylə qanunun ləğvini istəmişdi.
Qeyd edək ki, qanunun ləğv olunması üçün Konstitusiya Şurası üzvlərindən ən azı 7 nəfərin lehinə səs verməsi lazımdır. Fransa Konstitusiya Şurası 9 təyin olunan üzvdən və 2 sabiq prezidentdən ibarətdir. Şurada qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunur.
Bir müddət əvvəl Fransada erməni diasporunun ən güclü olduğu Marsel şəhərinin bələdiyyə sədri və XHB-nin senatdakı qrup rəhbəri Jan Klod Qaudin gözlənilən qərarla bağlı erməni diasporunu məyus etmişdi. Senator seçkilərə az müddət qaldığından parlamentin bu qanunun yenidən gündəmə gətirmək üçün kifayət qədər vaxtı qalmadığnı bildirmişdi. Bu açıqlamadan şoka düşən ermənilər Fransanı təhdid etməkdən belə çəkinməmişdilər.
APA-nın məlumatına görə isə, dünən Fransa prezidenti Nikola Sarkozi Konstitusiya Şurasının bu gün verə biləcəyi qərara münasibət bildirərkən “əgər Konstitusiya Şurası qanunu ləğv etsə, bir yeni bir qanun layihəsini qəbul edəcəyik” – deyib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər