Avropa Şurasının Bakıdakı səfiri Quba hadisələrini izləyir
6-03-2012, 14:55
Oxunub: 6 856
Martın 1-də Qubada icra başçısı Rauf Həbibova qarşı başlayan xalq üsyanı ilə bağlı rezonans getdikcə artmaqdadır.
Quba əhalisinin sərt etirazlarından sonra icra başçısı vəzifəsindən uzaqlaşdırılsa və etirazlar yatırılsa da bu rayonda yenidən həbslərin həyata keçirilməsi diqqəti bir daha şimal bölgəsinə yönəldib. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar ayrı-ayrılıqda hakimiyyətin Qubadakı davranışlarını pisləyərək əhalinin etirazlarına haqq qazandırıblar. Bəs Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri bu hadisəni necə qiymətləndirir və hansı addımları atırlar?
Bolgexeber.com bununla bağlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulosun mövqeyini öyrənib. Səfir əməkdaşımıza bildirib ki, Avropa Şurasının Bakı Ofisinin rəhbəri olaraq Qubada baş verən hadisələri izləyir və olaylardan xəbərdardır. Bununla belə K.Yerokostopulos məsələ ilə bağlı onun tərəfindən mövqe bildirilməsini doğru saymayıb: “Hadisələrdən xəbərdarıq. Amma hesab edirəm ki, bununla bağlı hər hansı şərh vermək bizim mandatımıza uyğun deyil”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər