Müsavat qurultayı xaricdə keçirəcək
8-05-2012, 13:15
Oxunub: 5 916
Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, toplantıda partiya nizamnaməsinə və proqramına əlavə və dəyişikliklərlə bağlı son təkliflər müzakirə olunub.
Eyni zamanda Qurultayın xaricdə keçirilməsi üçün yerin alınması ilə bağlı fikir mübadiləsi aparılıb. İndiyədək edilmiş müzakirələrə verilmiş cavabları təhlil edərək, yenidən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınıb.
Həmçinin hakimiyyətin bu dəfə də normal yer təklif etmədiyi halda qurultayın keçirilməsinə şərait yaradılması üçün Türkiyə və Gürcüstan hökumətlərinə müraciət ediləcəyi qərarı verilib. Qurultayın xaricdə keçirilməsi variantının daha da aktuallaşacağını nəzərə alaraq, QHTK pasportu olmayan qurultay nümayəndələrinə indidən ümumvətəndaşlıq pasportu almalarını tövsiyə edib.
Qeyd edək ki, bir neçə aydır partiya və hakimiyyət strukturları arasında gedən danışıqlar heç bir nəticə vermir, Müsavata qurultay keçirmək üçün yer ayrılmır. Buna baxmayaraq, hakimiyyət iqtidara yaxın təşkilatlara, o cümlədən qeyri-hökumət təşkilatlarına ölkənin ən ali saraylarında siyasi tədbir keçirməyə şərait yaradır.
Müsavat bu davranışı ayrı-seçkilik kimi qiymətləndirir.
Musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər