Astaranın deputatı yoxa çıxıb
11-05-2012, 13:35
Oxunub: 7 459
Aslan Cəfərov seçicilərini buraxaraq, Belarusiyaya biznesinin dalıyca gedib
Seçicilərin öz deputatlarından davamlı olaraq narazılıq etməsi artıq gündəlik normaya çevrilib. Seçki vaxtı olmazın vədlər verib, səs istəyən millət vəkilləri mandat əldə etdikdən sonra yoxa çıxırlar. Elə bu səbəbdəndir ki, seçicilər vaxtaşırı öz deputatlarından narazılıq edirlər.
Vəd verib, sonra da yoxa çıxan deputatlardan biri də Astaradan millət vəkili seçilmiş Aslan Cəfərovdur. Cəfərovun adı bu yaxınlarda mətbuatda dərc olunan məqaləsi ilə qalmaqala səbəb olmuşdu. Bildirilirdi ki, deputatın dərc olunan məqaləsi heç də onun özü tərəfindən yazılmayıb. Əksinə, bu işdə ona jurnalist dostlarından biri yardımçı olub.
Amma Aslan Cəfərovla bağlı daha bir narazılıq onun seçicilərinə əhəmiyyət verməməsi ilə bağlıdır. Məlumata görə, astaralı seçicilər öz deputatlarını axtarırlar. Rayon sakinləri bildirirlər ki, üzləşdikləri problemlərin həlli ilə bağlı dərdlərini demək istədikləri Aslan Cəfərovu tapa bilmirlər. Onların sözlərinə görə, deputatları onlara bir xeyli vəd versə də, onların heç birinə əməl etməyib. Hətta belə bir ifadə də işlədirlər ki, əgər kimsə sözügedən millət vəkilini tapıb, xəbər verərsə, ona ənam verəcəklər.
TİA.AZ-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Aslan Cəfərovun Astaraya ayaq basmamasının səbəbi başının öz biznesinə qarışması ilə əlaqədardır. Hal hazırda Belarusiyada olan deputatın orada yeni müqavilələr imzaladığına dair məlumatlar var. Bildirilir ki, Cəfərov deputat seçiləndən sonra seçicilərindən daha çox biznesini düşünür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər