Daha iki məhbus aclıq aksiyasına qoşuldu
14-05-2012, 16:10
Oxunub: 6 014
Keçmiş OMON-çular Qobustan həbsxanasında baş verən özbaşınalıqlara etirazlarını bildirməyə başlayıblar
Xəbər verdiyimiz kimi, ötən həftənin sonlarından etibarən Qobusian həbsxanasında cəza çəkən 80-ə yaxın məhbus aclıq aksiyasına başlayıb. Bu barədə Bolgexeber.com-a daxil olmuş məlumatlarda vurğulanırdı ki, məhbusların aclıq aksiyasına başlamasının səbəbi onların incidilməsi, rüşvət hallarının çoxalması və digər qeyri-qanuni halların artmasına etiraz əlamətidir.
Məbus ailələrindən birinin verdiyi məlumatda deyilirdi ki, xeyli müddətdir bununla bağlı həbsxana rəhbərliyi və Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edən məhbuslar müsbət cavab almadıqlarından belə bir addım atmaq məcburiyyətində qalıblar. Eyni zamanda, onların bir tələbi də Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevlə görüşmək istəmələridir.
Dünən isə məlum olub ki, aclıq aksiyasına daha iki məhbus qoşulub. Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslimət Rzaxanovanın tia.az saytına verdiyi məlumatda isə deyilir ki, ömürlük həbs cəzası almış, keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov da qoşulublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər