Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayıracaq
19-03-2016, 11:08
Oxunub: 4 593
Avropa İttifaqı 2018-ci ilin sonunadək qaçqın böhranı ilə əlaqədar Türkiyəyə 6 milyard avro ayıracaq
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə bəyan edib.
"İlk 3 milyarddan biz yaxın günlərdə istifadə etməyə başlayacağıq. Əlavə 3 milyard 2018-ci ilin sonunadək ayrılacaq", deyə Ə.Davudoğlu bildirib.
Aİ-Türkiyə sazişində qeyd olunub ki, qaçqınların tibb, təhsil, infrastruktur, qida və s. ehtiyacları üçün nəzərdə tutulan layihələrin siyahısı bir həftə ərzində tərtib olunacaq. Sənəddə vurğulanır ki, ikinci maliyyə tranşı birinci 3 milyard sərf edildikdən sonra ayrılacaq: "İlk 3 milyardlıq yardım paketi sərf edildikdən, bütün öhdəliklər yerinə yetirildikdən sonra, Avropa İttifaqı 2018-ci ilin sonunadək Türkiyə hökumətinə əlavə 3 milyard dollar ayıracaq".
Qeyd edək ki, martın 18-də Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçirilib. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planı yekdilliklə təsdiqlənib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər