Müstəqil müşahidəçi: "Adı siyahıda olmayan şəxslərə seçki bülleteni verildi"
7-11-2010, 16:30
Oxunub: 7 824
Nəsimi-Səbail 23 saylı seçki dairəsi üzrə 21 saylı seçki məntəqəsindən şikayət var
Bu gün Azərbaycan Milli Məclisində seçki keçirilir. Nəsimi-Səbail 23 saylı seçki dairəsi üzrə Azərbaycan Pedaqoji Universitetinin əsas binasında yerləşən 21 saylı seçki məntəqəsində saxtakarlığa yol verildiyi iddia edilir. Bu barədə "Bolgexeber"-ə seçki müşahidəçiləri İradə Əliyeva və Azər Rzayev məlumat verib.
“Seçki məntəqəsinə şübhəli şəxslər daxil olur. Adları seçki siyahısında olmamasına baxmayaraq, onlara seçki bülleteni verilir. Biz buna öz etirazımızı bildirmişik. Akt yazmışıq. Bizə müşahidə aparmaq üçün əlverişli şərait yaratmırlar”, - deyə müstəqil müşahidəçi Azər Rzayev qeyd etdi.
"İnsan naminə" seçki blokunun müşahidəçisi İradə Əliyeva isə iddia edir ki, adı seçki siyahısında olmayan tələbələr seçkidə iştirak edib: “Tələbələr kütləvi şəkildə seçki məntəqəsinə daxil oldular. Hiss olunurdu ki, onlar öyrədilmiş şəkildə hərəkət edirlər".
Məsələ ilə əlaqədar 21 saylı seçki məntəqəsinin sədri Eldəniz Əhmədov "Bolgexeber"-ə açıqlamasında bütün iradların qeyd olunduğunu bildirdi.
“Elə də ciddi qanun pozuntusu aşkarlanmayıb. Müşahidəçilərdən bəziləri şikayət ərizəsi ilə müraciət edib. Biz də onu aktlaşdırmışıq. Onların şikayətinə baxılacaq”, söyləyən Eldəniz Əhmədov narahatçılığa əsas olmadığını vurğuladı.
Məntəqə sədri onu da əlavə etdi ki, saat 14:15-ə qədər 300-dən çox seçici səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı səsverməyə gələn bir neçə tələbədən müsahibə almaq istəsək də, onlardan nədənsə çəkinərək açıqlama verməkdən imtina etdilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər