Hüseyn Abdullayev Röyanı rədd edib
28-05-2012, 11:15
Oxunub: 6 656
Röyanın Hüseyn Abdullayev tərəfindən rədd edilməsinə səbəb isə onun dörd-beş ay əvvəl ANS televiziyasında çıxış edərkən səsləndirdiyi fikirlər olub
Azərbaycanın tanınmış müğənnisi Röya bundan sonra Hüseyn Abdullayevin heç bir əsərini ifa edə bilməyəcək. Əldə olunan məlumata görə, Hüseyn Abdullayev müğənni Röya ilə iş birliyini sona verib. Buna səbəb Röyanın Hüseyn Abdullayevin etimadını itirməsidir. Qeyd edək ki, uzun illər Hüseyn Abdullayevə məxsus əsərləri ifa etməklə müğənni böyük populyarlıq və var-dövlət qazanıb. Hələ bir neçə il əvvəl onun ifa etdiyi “Səninəm” mahnısı Röyanı milyonlarla sevdirib. Onun Hüseyn Abdullayevə məxsus olan sonuncu “Sənə görə” mahnısı isə son bir ildə internetdə milyon dəfədən artıq yüklənməklə rekord vurub. Və bu əsərdən sonra demək olar ki, Röyanın repertuarında uğurlu bir mahnı olmayıb.
Əldə etdiyimiz məlumatlara görə, Röyanın Hüseyn Abdullayev tərəfindən rədd edilməsinə səbəb isə onun dörd-beş ay əvvəl ANS televiziyasında çıxış edərkən səsləndirdiyi fikirlər olub. Belə ki, müğənni jurnalist Sevil Nuriyevanın qonağı olarkən ona ictimai-siyasi dünyagörüşü ilə bağlı sullar da verilib. Həmin vaxt Röya simpatiya bəslədiyi ictimai-siyasi şəxslərin adlarını çəkib, həmin şəxslərin onun sənətinə böyük qiymət verdiyini deyib. Röya həmin şəxslərdən biri kimi ARDNŞ prezidenti Rövnəq Abdullayevin adını çəkərək ona böyük simpatiyasının olduğunu açıqlayıb. Məlumata görə, həmin verilişə təsadüfən baxan Hüseyn Abdullayev bərk əsəbiləşib. Hüseyn Abdullayev onun əsərləri ilə populyarlıq və var-dövlət qazanan Röyanın Rövnəq Abdullayevə simpatiya bəsləməsini müğənninin əskikliyi kimi qiymətləndirib və onunla iş birliyinə son verib. Və konkret olaraq “Sənə görə” mahnısından sonra Röyaya əsər verməkdən imtina edib.
Qafqazinfo
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər