AVP seçkilərdən razı qalıb
10-11-2010, 18:35
Oxunub: 7 848

“Keçirilən parlament seçkilərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçməsi, xalqımızın demokratik dəyərlərə sədaqətini bir daha nümayiş etdirib”.
Bu fikirlər Ana Vətən Partiyasının parlament seçkiləri ilə bağlı yaydığı açıqlamada yer alıb. Partiyanın mətbuat xidmətindən "Bolgexeber" -ə daxil olan açıqlamada bildirilir ki, partiyanın namizədlərinin, səlahiyyətli nümayəndələrinin və müşahidəçilərinin verdiyi məlumatlar birmənalı şəkildə sübut edir ki, seçkiöncəsi təşviqat kampaniyası zamanı seçkidə iştirak edən bütün namizədlərə bərabər imkanlar və şərait yaradılıb, təbliğat prosesində hər şansı məhdudlaşdırıcı hallar baş verməyib.
Seçki marafonunu səsvermə gününə kimi davam etdirən Ana Vətən Partiyasının yeddi namizədindən ikisi – partiyanın sədri Fəzail Ağamalı və sədr müavini Zahid Oruc müvafiq olaraq 60 saylı Salyan-Neftçala və 93 saylı Bərdə şəhər seçki dairəsindən seçicilərin əksər səsini qazanaraq mandat qazanmış, daha 5 namizədimiz isə üst-üstə 7417 səs alaraq, çoxsaylı namizədlər arasında 3-cü olublar.
AVP birmənalı olaraq bəyan edir ki, seçkinin nəticələri legitimdir və o, xalqımızın siyasi iradəsini ifadə edir. Bunu ATƏT, AŞPA, Avropa parlamenti, MDB Seçki Müşahidə Missiyası və digər qurumlardan olan müşahidəçilər də öz rəylərində ifadə ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər