Elmar Məmmədyarov əsəbləşdi
28-06-2012, 14:40
Oxunub: 6 247
XİN-dən sərt açıqlama
“Azərbaycan Helsinki Yekun Aktını imzalayıb və biz orada güc göstərməmək, ərazi bütövlü və öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürmüşük. Amma həmin aktda o da qeyd olunub ki, problem yalnız ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktına uyğun olaraq həll edilməsinin vacibliyi barədə açıqlamasına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət verə bilər: “Ermənilər bizim insanları öz yurdlarından qovublar. Beynəlxalq aləm də bəyan edib ki, azərbaycanlı məcburi köçkünlər öz ərazilərini qayıdıb, muxtariyyətlə bağlı öz mövqelərini bildirməlidirlər. Ermənilər işğal altında olan Azərbaycan ərazilərindən çəkilsinlər, azərbaycanlılar geri qayıtsınlar”.
E. Məmmədyarov iyunun 18-də keçirilmiş Paris görüşündə ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni yanaşmalar təklif etməsi barədə suala cavabında isə deyib ki, həmin görüşdə yekun bəyanat imzalanıb. Həmsədrlər iyulda regiona səfər edəcəklər: “Proses davam edəcək. Biz çox istərdik elan edək ki, artıq razılaşma əldə olunub, artıq ermənilər işğal altında olan əraziləri tərk ediblər, köçkünlər geri qayıda bilərlər. Amma hələ ki, belə deyil. Düşünürük ki, bu, dondurulmuş münaqişə deyil və biz bunun həllini tapacağıq. Ermənistan qoşunları bütün işğal altında olan əraziləri tərk etməlidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər