Əli Kərimlinin mühafizəçisinə hökm oxundu
11-07-2012, 22:40
Oxunub: 5 691
Suraxanı rayon məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun məhkəməsi olub.
Məhkəmə AXCP fəalının 10 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Bəhruz Həsənov polisə müqavimət göstərməkdə ittiham olunub. Bəhruz Həsənov məhkəmə prosesində üzləşdiyi təxribat barədə danışıb. Bildirib ki, idmandan qayıdarkən şikayətçi kimi çıxış edən Nazim Əliyev onun qarşısını kəsib və "Sən camaatın ana-bacısına sataşırsan" deyib. O, bunun təxribat olduğunu dərhal anlayıb və bu barədə Nazim Əliyevə xəbərdarlıq edib. "Ona dedim ki, səni öyrədib üstümə göndərdiklərini bilirəm. Dedim ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisiyəm və buna görə də məni "ilişdirmək" istəyirlər. Heç kimin ana-bacısına sataşan adam deyiləm. Əgər söhbətin varsa, gedib bir çayxanada otura və normal danışa bilərik. Mən bunları deyəndən sonra o, bir az duruxdu və sonradan əvvəl dediklərini təkrarlamağa başladı", - deyə Bəhruz Həsənov məhkəmədə bildirib.
Onun dediklərindən bəlli olub ki, şikayətçi kimi çıxış edən Nazim Əliyevlə söhbəti davam edən zaman əraziyə 5 maşın polis gəlib. Onlar dərhal Bəhruz Həsənovu həbs ediblər. Əməliyyata isə Suraxanı rayon Polis İdarəsinin Akif adlı rəis müavini rəhbərlik edib.
Məhkəmə zamanı o da bəlli olub ki, Nazim Əliyev keçmiş polis işçisidir və Bəhruz Həsənovla qarşılaşdığı ərazidən xeyli uzaqda - Qaraçuxur qəsəbəsində yaşayır.
Bəhruz Həsənov məhkəmə zamanı Nazim Əliyevə "Əgər sən tamamilə başqa yerdə yaşayırsansa, mən sənin ana-bacına necə sataşa bilərdim" deyə sual edib. Nazim Əliyevin cavabı belə olub: "Mənim yox, xalqın ana-bacısına sataşırsan".
Azadliq.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər