Azərbaycanda partiya sədrinin müavini həbsxanada öldü
12-07-2012, 11:40
Oxunub: 5 543
AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev dünyasını dəyişib.
Bu barədə FaktXeber.com-a mərhumun yaxınları məlumat verib. Ailə üzvlərinin verdiyi məlumata görə, Vaqif Abdullayev Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib. Ailə üzvləri həmçinin bildiriblər ki, dünən Vaqif Abdullayevlə görüşmək istəmələrinə baxmayaraq, onlara görüş üçün icazə verilməyib.
Qeyd edək ki, bir müddət öncə Vaqif Abdullayevin qan nümunələri Onkologiya xəstəxanasına göndərildikdən sonra məlum olub ki, AİP funksionerinin qanında xərçəng xəstəliyi var. Həkimlər onun xəstəliyi ilə əlaqədar qapalı şəraitdə saxlanıla bilməməsi rəyini verməyiblər. Buna baxmayaraq onun azadlığa buraxılmasına və ailə üzvləri ilə görüşünə icazə verilməmişdi.
Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri üzrə istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apelyasiya şikayəti təmin olunmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər