Hafiz Hacıyev Əli Kərimlini qətldə ittiham edir
16-07-2012, 15:40
Oxunub: 5 885
Əbülfəz Elçibəyin zəhərlənməsində AXCP sədri də şübhəli olunur
Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir neçə gün bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığı məktubla əlaqədar həmin idarəyə çağırılıb.
Partiyanın mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, o idarədə müstəntiqlərin suallarını cavablandırıb.
Partiya sədri iddiasında qərarlı olduğunu, bu cinayətin üstünün açılması üçün əlindən gələni edəcəyini deyib. Hafiz Hacıyev istintaqçılardan məsələ ilə bağlı Elçibəy hakimiyyəti zamanı ona yaxın insanların da dindirilməsini tələb edib.
Faktla bağlı şahidlərinin olduğunu qeyd edən H. Hacıyev istintaqda iştirak etmək üçün onlara müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Elcibəysevərlər bir çox məsələləri açıq söyləməyin, səhvləri etiraf etməyin artıq vaxtı çatıb . Onsuz da səhvlər etiraf olunmasa, xalqa deyilməsə belə əzəl-axır hamı bunları biləcək. Yadınızdadırsa, Elçibəyin cənazəsi bura gətirilən gün Əli Kərimli necə hərəkət etdi. Sizin kiçicik bir etirafınız lazımdır ki, onun cinayəti təsdiq olunsun və cəzasını çəksin. Bəlkə bundan sonra Əbülfəz Elçibəyin ruhu rahat olacaq. Ona görə də sizə müraciət edirəm ki, bu günə kimi Əli Kərimlinin xəyanətləri haqda saxladığınız sirri hüquq mühafizə orqanlarına açıb deyəsiniz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər