BolgeXeber.Com » Siyasət » İsrail səfiri Qarabağa gedən israillilərdən danışdı

İsrail səfiri Qarabağa gedən israillilərdən danışdı

16-07-2012, 21:55
Oxunub: 6 022 İsrailin Azərbaycandakı səfiri Mixael Lotem KİV-də israilli turistlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri barədə yayılmış informasiyanı şərh edib.
Bolgexeber.com 1news.az-a istinadən xəbər verir ki, Mixael Lotem israilli turistlərin Dağlıq Qarabağa səfərlərinin özəl xarakter daşıdığını və İsrail Dövlətinin rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, İsrailin Xarici İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağa səfərə dair xəbərdarlıq yerləşdirilib.

“Bu turistlər məsələ ilə bağlı xəbərdar ediliblər” – deyə, o bildirib.

Qeyd edək ki, İsrail KİV-in məlumatına görə, bir qrup israilli turist Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunu ziyarət edib.