BolgeXeber.Com » Siyasət » Partiyaların maliyyələşməsi gələn ilə qaldı

Partiyaların maliyyələşməsi gələn ilə qaldı

17-07-2012, 13:15
Oxunub: 4 158 Səfa Mirzəyev “Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliyin icrasının yubanma səbəblərini açıqlayıb


Bakı. Rəşad Süleymanov-APA. 2012-ci ilin büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı “Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərin icrası gələn ilə qalıb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Onun sözlərinə görə, qanunun icrasının yubanması bu amillə bağlıdır: “Növbəti ilin büdcəsinə baxılarkən bu məsələ nəzərə alınacaq. Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq”.