DAK yenə parçalanır?
21-11-2010, 12:45
Oxunub: 7 601
Sabir Rüstəmxanlı qüvvələrini itirə bilər
Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı və ictiamiyət üçün “DAK” və “parçalanma” sözləri bir-birindən ayrılmaz bir anlayış cütlüyünə çevrilibdir. Çünki, Dünya Azərbaycanlılar Konqresi yarandığı gündən, bu qurum özünün keçirdiyi tədbirlərdən çox, daxili qarşıdurmalar və qalmaqallar ilə gündəmə gəlir. Hal-hazır da isə, iki qurum var ki, DAK adına iddialıdır. Birinə Paşa Qəlbinur rəhbərlik edir, digərinə isə, Sabir Rüstəmxanlı.
Belə ki,"bolgexeber"-ə daxil olan məlumata görə, DAK-da yenidən parçalanma gözlənilir. Və bu parçalanma da, tərəflərdən birində gedəcək. Məlumatlı mənbə bildirir ki, bu tərəf Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK olacaq: “Bu yaxında, Sabir Rüstəmxanlını ən fəal tərəfdaşları tərk edəcək. Bunlar millət vəkili Gülər Əhmədova və Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev olacaq”
Hakimiyyətə sadiq adamlar kimi tanınan bu 2 şəxs Sabir Rüstəmxanlıday ayrılıb qarşı tərəfə keçməsi çox təzadlı görünsə də, mənbə bu məqama belə aydınlıq gətirir: “İki nəfərin getməsi nə qədər adi görünsə də, tərk edən kəslər adi fiqurlar deyil və burda da sırf hakimiyyətin sifarişi olmamış deyil..”
Verilən məlumatda o, da bildirilir ki, millət vəkili Gülər Əhmədova və BDM rəhbəri İsmayıl Ağayev artıq bu barədə Paşa Qəlbinurla razılaşma da əldə ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər