Millət vəkili jurnalistləri təbrik etdi
22-07-2012, 15:20
Oxunub: 5 658
Millət vəkili Nəriman Əliyev 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Bolgexeber.Com saytını, o cümlədən bütün mətbuat işçilərini təbrik edib.
Təbrik deyilir:
“Hörmətli media nümayəndələri!
“Bu gün nəinki mətbuatımız, ümumilikdə cəmiyyyətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Əsası Həsən Bəy Zərdabi tərəfindən Əkinçi qəzeti ilə qoyulan milli mətbuatımızın müstəqillik dövründəki inkişafında, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev cənablarının xidmətləri, eləcə də sizin zəhmətiniz qiymətləndirilməlidir.
Siz jurnalistlərin səyi nəticəsində ölkə rəhbərliyi tərəfindən mətbuata göstərilən yüksək qayğı, bu gün göz önündədir. Bu xidmətləri inkar etməyin Vətənə nankorluq olduğunu da vurğulamaq yerinə düşər. Arzu edirəm ki, milli dəyərlərimiz və Azərbaycançılıq ideyalarına daim sadiq qalan yazarlar məktəbinin formalaşmasında, sizin də gündən-günə artan xidmətləriniz və uğurlarınız olsun.
Sizi bir daha təbrik edir, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.
Bolgexeber.com kollektivi adından, biz də öz növbəmizdə millət vəkilinə təşəkkür edir, həyatında və deputatlıq fəaliyyətində uğurlar arzu edirik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər