AGADA İtalyanlarla birgə təlimə start verdi
9-07-2010, 14:15
Oxunub: 3 551

Bu gündən Avropada fəaliyyət göstərən nüfuzlu gənclər təşkilatlarının nümayəndələri Azərbaycana gəlib.
Avropanın Gənc Azərbaycanlı Dostları Assosasiyası, İtaliyanın Eurogems-Associazione di Promozione Sociale təşkilatı ilə birlikdə Azərbaycanda “I’exchange” adlı beynəlxalq təlim kursuna start verdi.
Təlimdə Azərbaycan, Gürcüstan, Maldova, Ukrayna, Türkiyə, Sloveniya, Hollandiya, İspaniya, Portuqaliya və İtaliyadan 30 nəfər gənclər təşkilatlarının nümayəndələri iştirak edir. Təlimin açılışını edən təşkilat komitəsinin üzvü, Eurogems-Associazione di Promozione Sociale təşkilatının numayəndəsi Gianandrea Salvestrin iştirakçıları salamladı və təlim haqqında iştirakçılara geniş məlumat verdi.
Təlimin təşkilində əsas məqsəd müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqə yaratmaq, onların mədəni mübadiləsini genişləndirmək, yeni layihələrin hazırlanması istiqamətində biliklər formalaşdırmaq, talerantlıq, həmrəylik, dözümlülüyü önə çəkməkdir.
Tədbir müddətində qonaqlar Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları ilə görüş keçirəcək və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Daha sonra onlar İçəri Şəhər Tarixi Memarlıq Qoruqunu gəzəcəklər.
İyul ayının 10-na kimi davam edəcək təlim kursu Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə