Azərbaycandakı partiyalar Abdullah Gülə müraciət etdi
25-07-2012, 14:05
Oxunub: 5 686
Müraciətdə Abdulla Güldən vəkil İntiqam Əliyev haqqında cinayət işini nəzarət saxlamaq xahiş olunur.
Bir qrup siyasi partiyası vəkil İntiqam Əliyevə qarşı Türkiyədə baş verən hadisə ilə bağlı bu ölkənin prezidenti Abdullah Gülə müraciət ünvanlayıb. Müraciəti Xalq Cəbhəsi, Müsavat, Demokrat, Milli İstiqlal, Liberal, Klassik Xalq Cəbhəsi və Ümid partiyaları imzalayıb.
Müraciətdə dövlət başçısının nəzərinə çatdırılıb ki, Azərbaycanın tanınmış hüquqşünaslarından biri İntiqam Əliyevin hüquqları Türkiyədə pozulub. Məktubda qeyd olunub ki, 6 iyul 2011-ci ildə vətəndaş cəmiyyəti təmsilçilərinin toplantısından qayıdarkən İstanbuldakı hava limanında polis məmurunun kobud davranışına etiraz etdiyinə görə, İntiqam Əliyevin təyyarə bileti ləğv olunub, özü isə aeroportda polis saxlama mərkəzində 1 sutka saxlanıldıqdan sonra Türkiyədən deportasiya edilib. Vəkil həmin gün hava limanında çoxsaylı insanın gözü qarşısında Alaittin Sarıkaya və Selahittin Erkaraca adlı mülki geyimli polis məmurları tərəfindən fiziki zorakılışa məruz qalıb.
Müraciətdə bildirilib ki, İ. Əliyevə qarşı baş verən bu zorakılıq Azərbaycanın demokratik düşərgəsində ciddi narazılıq yaradıb: “Bu yaxınlarda hüquqşünasa göndərilən sənədlərdən aydın olub ki, günahkarlar nəinki cəzalandırılmayıb, əksinə, İntiqam Əliyev barəsində cinayət işi başlanıb və ona qarşı Türkiyə Cəza Qanununun hədə-qorxu gəlmə, təhqir və dövlət məmurunun öz vəzifəsini icra etməsinə maneçilik törətmə ittihamı irəli sürülüb. Bu ittihamlarla hüquqşünası 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir”.
Məktubda partiya rəhbərləri Türkiyə prezidentinin bu işi nəzarətdə saxlayacağına ümidvar olduqlarını da bildiriblər.
APA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər