İranın dini liderindən Azərbaycana dəstək
3-08-2012, 17:10
Oxunub: 5 919
Ərdəbilli deputat: “İran parlamenti Qarabağın Azərbaycana aid olmasını dəstəkləyəcək”
İran İslam Respublikasının İslam Şurası Məclisinin Ərdəbil şəhəri üzrə deputatı Mənsur Həqiqətpur bu ölkənin dini rəhbəri Xamneinin işğal olunmuş Qarabağla bağlı fətva verdiyini bəyan edib.
Deputat bu barədə “Səhər” TV-yə müsahibəsi zamanı bildirib.
“Ermənistanla Azərbaycan arasında savaşla bağlı biz Ayətullah Xameneiyə müraciət etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur”-deyə Həqiqətpur deyib.
Ərdəbilli deputat vurğulayıb ki, onlar İran parlamentində Qarabağı və oranın Azərbaycana, İslama aid olmasını möhkəm müdafiə edəcəklər.
“Biz ermənilərin və yəhudilərin Qarabağdakı hərəkətlərini qətiyyətlə pisləyirik. Əcnəbilər gəlib Qarabağda seçki keçirib, onu müşahidə edirlər ki, buranın Azərbaycana və İslam torpağına aid olması yaddan çıxarılsın. Amma vurğulamalıyam ki, nə qədər zaman keçsə də, nə qədər il ötsə də, bu həqiqəti yaddan çıxarmayacağıq ki, Qarabağ İslam torpağıdır. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək”-deyə Mənsur Həqiqətpur deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər