BolgeXeber.Com » Siyasət » İki oliqarx arasında savaş davam edir

İki oliqarx arasında savaş davam edir

6-09-2012, 19:30
Oxunub: 3 954
[justify]Fazil Məmmədov Kəmaləddin Heydərovun vergidəki adamlarını “vurmağa” hazırlaşır

Vergilər naziri Fazil Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında ziddiyyətlər alovlanır. Yada salaq ki, bu ziddiyyətlər Fazil Məmmədovun Paşayevlərin çətiri altına keçməsindən sonra baş qaldırıb.
Vergilər naziri bundan əvvəl Kəmaləddin Heydərovun patronajlığı altında fəaliyyət göstərirdi.
Fazil Məmmədov Kəmaləddin Heydərovu Paşayevlərə dəyişəndən sonra “fövqəlnazir”dən ehtiyat edirdi. Hətta onun komandası belə, tərəddüd içində idi. Lakin London olimpiadasındakı uğurdan sonra vergilər naziri ölkə başçısının yanında yerini daha da möhkəmlətdi. Indi Fazil Məmmədov hətta Kəmaləddin Heydərova qarşı mübarizə aparmaq gücündə olduğunu düşünür. Məlumatlara görə, mətbuatda vergi sistemi haqqında yazılara görə Kəmaləddin Heydərovdan şübhələnən Fazil Məmmədov bunun əvəzini çıxmağa hazırlaşır. Bildirilir ki, o, yaxın vaxtlarda “fövqəlnazir”in vergi sistemindəki adamlarını işdən çıxarmağı planlaşdırır. Fazil Məmmədov həmçinin onunla Kəmaləddin Heydərov arasında hələ də seçim edə bilməyənləri də “vurmaq” niyyətindədir.

[/justify]