Adil Qeybulla: ""Müsavat" rəhbərliyi ilə mövqelərimiz üst-üstə düşmədi”
6-01-2011, 15:40
Oxunub: 8 384

Professor partiyadan getməsi ilə bağlı açıqlama verib
"Müsavat"ın üzvü, professor Adil Qeybulla partiyadan getməsilə bağlı açıqlama verib. O partiyada siyasi fəaliyyətinin sadəcə mümkün olmadığını bildirib.
“Düşünürəm ki, partiyadan getməyimin səbəbini açıqlığı ilə vaxtı çatanda bildirəcəyəm. Uzun müddət qurduğumuz partiyadan getmək əlbəttə çox ağır haldır. Hər halda siyasi fəaliyyətdən getmirəm. Mövqeyimdə də ciddi dəyişiklik olmayıb. Mənim partiyada fəaliyyətim sadəcə mümkün olmadı. Partiya rəhbərliyi ilə mövqeyimiz üst-üstə düşmədi. Cəmiyyətdə xeyli "müsavatçılıq" ideologoyası ilə yaşayanlar var. Bir çox partiyalar var. Sözsüz ki, mən də siyasətdə olacağam”, - deyə Adil Qeybulla vurğulayıb.
Partiyadan çıxmasının əsas səbəblərindən biri kimi siyasətdə müxalifətlə hakimiyyət arasında münasibətlərin gərginləşməsini göstərən Adil Qeybulla bu gərginlik içərisində sıxıldığını bildirib.
“Təbii ki, "Müsavat" Partiyasının rəhbərliyi istəməzdi ki, biz (Professor Qabil Hüseynlini nəzərdə tutur- red) partiyadan gedək. Əlbəttə, siyasi baxışlarımızda fərqlər yarandığı üçün partiyadan getdik, lakin insani münasibətləri korlamaq fikrində deyiləm. Onu demək istərdim ki, partiya rəhbərliyinin yürütdüyü siyasi rəqabət bir qədər məni qane etmir. Mən siyasətdə sadəcə öz yolumu davam etdirəcəyəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, yanvarın 4-də “Müsavat” Partiyasının başqan müavini, professor Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla istefa verdikləri barədə bəyanat yayıblar.
Bəyanatda bildirilirdi:
“Uzun illər sıralarında olduğumuz, bərpasında, inkişafında və cəmiyyətdə nüfuzunun artmasında xidmətlərimiz olan “Müsavat” Partiyası sıralarından istefa verdiyimizi dərin təəssüf hissi ilə bəyan edirik. Mənəvi-etik səbəblərdən istefamızın səbəbləri üzərində dayanmağı lazım bilmirik, bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər