Ukrayna Rusiyanın “Eurovision-2017”-də iştirakının şərtini - Açıqladı
26-03-2017, 10:42
Oxunub: 4 466
Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın "Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko "Ukrayna radio”sunun efirində deyib.
Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı "Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər