7 saylı Doğum Evində ana olmaq neçəyədir?
15-10-2012, 09:00
Oxunub: 7 783
Baş həkim Xatirənin müəyyənləşdirdiyi qiymətlər valideynləri qəzəbləndirib
Azərbaycanda doğum evlərində vəziyyətin dəhşətli şəkil aldığı sirr deyil. Doğum Evindən daha çox, bazara bənzəyən Səhiyyə Nazirliyinin nəzarətində olan bu sahədə olan özbaşınalıqların qarşısını alan isə yoxdur.
Bolgexeber.com-a verilən məlumata görə, Qara Qarayevdə yerləşən 7 saylı Doğum Evindən edilən şikayətlərin sayı-hesabı isə yoxdur. Davamlı olaraq edilən şikayətlərin əsasını isə doğum evinin baş həkimi Xatirə xanımın hərəkətləri təşkil edir. Şikayətçilər bildirirlər ki, Xatirə xanım konkret olaraq hər bir işçisindən haqq tələb etməklə yanaşı, dünyaya uşaq gətirmək istəyən analardan da pul tələb edir.
Belə ki, qeysər üsulu ilə uşaq dünyaya gətirmək istəyən valideyn bunun üçün təkcə baş həkimə 700 manat verməlidir. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 qalması tələb olunur ki, bunun üçün də tələb olunan məbləğ 300 manata yaxındır. Oradakı tibb bacıları, baxıcılar və digər işçilərə də üç gün içində 100 manata qədər pul xərclənir ki, nəticədə bir valideynə ümumi proses 1200 manatdan baha başa gəlir.
Şirkayətçilər deyirlər ki, dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyinə bununla bağlı desələr də, hər dəfə məsələ açıq qalıb. Üstəlik, 7 saylı Doğum evinin baş həkimi Xatirə xanım qiymətləri daha da artırmağa başlayıb.
P.S. 7 saylı Doğum Evində baş verənlərlə bağlı geniş reportajı yaxın günlərdə oxuya bilərsiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər