İran dünyaya meydan oxudu: “Hazırıq”
3-05-2017, 13:23
Oxunub: 4 042
Rusiya paytaxtında keçirilən VI Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirak edən İranın Müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı və Amerikaya qarşı sərt bəyanatlar səsləndirib
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dehqan Səudiyyə Ərəbistanının bölgədə Amerika və İsrail nümayəndəsinə çevrildiyini bildirib:
"İran İslam Respublikası ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin hər hansı koalisiyası qarşısında dayanmağa hazırdır".
İran-Amerika münasibətlərinin yaxşılaşmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Hüseyn Dehqan deyib ki, indiki şəraitdə bu, mümkün deyil:
"Amerikanın bölgədə yürütdüyü siyasətini nəzərə alaraq, iki ölkə arasında münasibətlərin yaxşılaşmasından danışmaq, reallaşdırılması mümkün olmayan bir məsələ haqda söhbət etməkdir. Amerika dünyanın istənilən bölgəsinə müdaxilə edir. Elə buna görə də hesab edirəm ki, bu ölkə bizim dialoq tərəfimiz sayıla bilməz".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər