DİN əməkdaşı korrupsiya faktı ilə saxlanıldı
12-11-2012, 13:05
Oxunub: 5 731
Dünya çempionumuz Vilayət Eyvazovun tapşırığı ilə işdən qovuldu
General-polkovnik Ramil Usubovun əmri ilə vəzifədən azad edilən Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi Əli Əhmədovun tabeliyində işləyən daha bir əməkdaş - Bəxtiyar Abbasov da işdən azad edilib.
Bu barədə məlumatı AzNews.az-a polis orqanlarındakı mənbə verib. Mənbənin bildirdiyinə görə, Bəxtiyar və Şəhriyar Abbasov qardaşları qaydasız döyüş üzrə dünya çempionudurlar. Onlardan Bəxtiyar Abbasov nazir müavini Vilayət Eyvazovun tapşırığı ilə işdən kənarlaşdırılıb. Bununla yanaşı B.Abbasov DİN-in Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb.
Xatırladaq ki, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimovun də vəzifəsindən rüşvət olayına görə, qovulduğu bildirilir. Belə ki, məktəbdə rüşvətxorluq faktları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər daxil olub. Şikayətlərin araşdırılmasından sonra Əli İbrahimov nazirin əmri ilə vəzifəsindən azad olunaraq, sərəncama göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər