Keçmiş “voenkom” işçisindən şok açıqlamalar
12-11-2012, 13:05
Oxunub: 5 991
Səfərbərlik Xidmətinin Qəbələ şöbəsində “neqodnı” əməliyyatının siyahısı əlimizdə; sabiq şöbə müdiri çağırışçıları ordudan yayındırmaq üçün alınan rüşvətdən danışır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə (SHXÇDX) olan ümidlər korrupsiya bataqlığında batır. Hərçənd bu qurum yarananda hərbi ekspertlərin böyük bir qismi çağırış sistemində nəhayət ki, müsbət dəyişikliklərin olacağına dilə gətirirdilər. Bir birinin ardınca gələn xəbərlər isə deməyə əsas verir ki, vəziyyət nəinki müsbətə dəyişib, hətta bir qədər də biabırçı hala düşüb.
Redaksiyamıza Bahadır Camalovun imzası ilə daxil olan məktubda SHXÇDX-in Qəbələ rayon şöbəsindəki korrupsiya əməllərindən söhbət açılır. Qeyd olunur ki, şöbə rəisi vəzifəsini icra edən mayor Aydın Namazov rüşvət alaraq xəstə adı ilə sağlam çağırışçıları müddətli həqiqi hərbi xidmətdən yayındırır: “Azərbaycan Respublikasının əraziləri erməni işğalçıları tərəfindən işğal olunub, müharibə şəraitində olduğumuz halda rüşvət alaraq gənc çağırışçıları müddətli hərbi xidmətdən yayındırır və bununla da öz əmlakın artırır. Azərbaycan Respublikasının prezidentinin verdiyi fərmana əsasən rüşvətxorluğa və korrupsiya qarşı mübarizə tədbirlərinə məhəl qoymayaraq belə bir cinayət törədir”.
Məktub müəllifi rüşvət müqabilində xidmətdən yayındırılan çağırışçıların bir qisminin və onların “komisovat” olunması üçün rüşvət verən yaxınlarının adlarını da yazıb:
1. Xaçaturi Ruslan Rudiki 1994-cü il. Tel: 051- 802-86-82
2. Veziri Vladik Qriqoreviç 1994-cü il. Tel: 050-463-84-77
3. Kərimli Zülfüqar İlqar 1992-ci il. AO № 1197102
4. Qrımov Qrım Əziz 1992-ci il. AO № 1197103
5. Mikayılzadə Aydın Abdin 1992-ci il. AO № 1197105
6. Nəsirov Bəhruz Asif 1992-ci il. AO № 1197106
7. Ağabalazadə Asif Yaqub 1992-ci il. AO № 1197107
8. Nəsrullayev Tural Aydın 1992-ci il. AO № 1197108
9. Lətifli Orxan Göyərçin 1992-ci il. AO № 1197109
10. Mustafazadə Əlikram İkram 1992-ci il. AO № 119711
11. Balasanov Emil Semiki 1994-cu il təvəllüdlü (tel-050 519-20-63 atası)
12. Kankalan Roman Romiki 1994-cu il təvəllüdlü (tel- 051-783-07-98 qardaşı Tevan)
13. Zarqari Viktor Semiki 1994-cu il təvəllüdlü (tel -050-583-85-80 əmisi Tevan)
Bu məlumat aylar öncə mətbuatın mərkəzi mövzularından birinə çevrilmiş xidmətdəki duruma bir daha nəzər yetirməyi aktuallaşdırdı. Qeyd edək ki, sentyabrın ortalarında SHXÇDX rayon şöbələrində həbslər həyata keçirilib. Xidmətin Saatlı rayon şöbəsinin rəisi İlqar Atayev, Daşkəsən rayon şöbəsinin rəis müavini Ramil İsmayılov, Göyçay rayon şöbəsinin əməkdaşı Maarif Nəsibov korrupsiya faktı ilə əlaqədar həbs olunublar. Onlar da rüşvət almaqda təqsirli bilinirdilər. Nəzərə çatdıraq ki, prezident İlham Əliyevin fərmanı ilə bu ilin fevralında hərbi komissarlıq sistemi ləğv edilib, onun bazasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Prezident sərəncamı ilə Arzu Rəhimov xidmətə rəisi təyin olunub. Bu qurum yaradılan zaman bir çox hərbi ekspertlər bu sahənin, nəhayət ki, korrupsiya bataqlığından çıxarılacağı proqnozunu verir, vəziyyətin yaxşılığa doğru dəyişəcəyi haqda mülahizələrini bildirirdilər...
Həmin məlumatlarda bildirilirdi ki, hakimiyyətdəki hər bir qruplaşma bu qurumu öz qanadı altına almaq üçün savaş aparır. Çünki bu qurum qoşunların bütün növünə nəzarət etməyə imkan yaradır. Bu isə o deməkdir ki, qurum hansı qruplaşmanın qanadı altında olacaqsa, onun qüdrəti daha da artacaq. Buna görə də qruplaşmalar bu qurumu öz nəzarətinə almaq üçün orada rəhbər postlara öz adamlarını yerləşdirmək istəyirlər. Bu proses isə əcaib formada həyata keçirilir. Qruplaşmalararası mübarizə xidmətdə o həddə çatıb ki, hətta prezidentin sərəncamı ilə quruma müavin təyin olunan şəxslərə belə orada işləmək imkanı verilmir. Belə ki, qurum yaradılandan 1 ay sonra prezident sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin sabiq rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev Arzu Əliyevə müavin təyin olundular. Lakin yeni müavinlər kreslolarında yerlərini rahatlamamış sərəncamları ləğv olundu. Bu da son deyil.
7 ay əvvəl prezident sərəncamı ilə yaradılan SHXÇDX-də bu gün də ştat strukturu müəyyən olunmayıb. Xidmətdə neçə müavin, şöbə, bölmə olacağı, şöbə və bölmələrdə neçə nəfərin çalışacağı hələ də məlum deyil. Halbuki prezident sərəncamında məsələnin bu il may ayının 10-na kimi həll olunması qarşıya vəzifə kimi qoyulmuşdu.
Yazıda adı hallanan hər bir kəsi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər