«Azərsun» holdinqi Abdolbari Goozaldan alirlar
15-11-2012, 14:10
Oxunub: 6 426
Şirkətin başi üzərində qara buludlar
Uzun müddətdir ki, Azərbaycanın qida bazarında mühüm yer tutan «Azərsun» Holdinqin başı üzərini qara buludlar alıb. Bu şok məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr verib. Məlumatlı mənbənin dia.az saytına bildirdiklərindən belə aydın olur ki, «Azərsun» Holdinqə qarşı son günlər müəyyən çevrələr tərəfindən həmlələr edilməkdədir.
Mənbəmizin söylədikləri: «Ehtimal olunur ki, şirkətin rəhbərliyi dəyişə bilər. Yəni bütün hədəf bunun üzərində köklənib ki, «Azərsun» əl dəyişdirsin».
Qeyd edək ki, «Azərsun» Holdinqin sahibi Abdolbari Goozal adlı kürd əsilli Türkiyə vətəndaşıdır. Və onun kökəncə İrandan olduğu bildirilir. Onun özünə gəlincə isə illər əvvəl Azərbaycana gələn və özünün iddia etdiyi kimi, cəmi 2 milyon dollar pulu olan Abdolbari Goozal bu gün bir çoxlarına meydan oxuya biləcək səviyyədə geniş imkanlar sahibidir.
Onun hazırda varidatının miqyası 14-15 milyard dollar həcmində ölçülür. Mənbəmiz bildirir ki, Abdolbari Goozal dünənə qədər hakimiyyətin müəyyən bir qanadının himayəsi altında olduğundan indi bəzi dairələr «Azərsun»la bağlı planları dəyişmək istəyirlər: «Ola bilsin ki, Abdolbari Goozal Azərbaycandan birdəfəlik getməyə məcbur edilsin. Bu, onun prosesə reaksiyalarından daha çox asılı olacaq».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər