YAP namizədini niyə elan etmir?
20-11-2012, 11:15
Oxunub: 4 924
Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədini seçki qanunvericiliyinə uyğun şəkildə elan edəcək.
Bolgexeber.com-a məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri, YAP icra katibinin müavini Bahar Muradova deyib.
"Müxalifətin narahatlığı bizi narahat etmir. Biz öz namizədimizi seçki qanunvericiliyinə uyğun şəkildə, zamanı gələndə elan edəcəyik. Ona görə də onların bunu necə dəyərləndirməsinin əhəmiyyəti yoxdur", - Muradova YAP-ın 20 illiyi ilə bağlı keçirilən tədbirdə hakim partiyanın prezidentliyə namizədliyinin elan edilməməsi ilə bağlı sualı şərh edərkən deyib.
Onun sözlərinə görə, birmənalı olaraq, YAP-ın namizədi Prezident İlham Əliyev olacaq.
"YAP-ın bütün üzvləri, bu partiyanı dəstəkləyən bütün vətəndaşlar, İlham Əliyevin siyasətini dəstəkləyən və ona dayaq duran bütün Azərbaycan vətəndaşları növbəti 5 ildə İlham Əliyevi prezident kimi görmək istəyir", - Muradova deyib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər