BolgeXeber.Com » Siyasət » Deputat Milli Məclisin mətbuat xidmətini “yıxdı-sürüdü”

Deputat Milli Məclisin mətbuat xidmətini “yıxdı-sürüdü”

20-11-2012, 13:10
Oxunub: 4 916 Bu gün Milli Məclisin iclasında deputat Etibar Hüseynov bir daha parlamentdəki internetin vəziyyətinə toxunub.

Bolgexeber.com-un məlumatına görə, Milli Məclisin ötən dəfəki sessiyasında da millət vəkili internet məsələsinə münasibət bildirmişdi, parlamentin mətbuat katibi Akif Təvəkküloğlu isə ittihamları inkar etmişdi.

Qeyd edək ki, Etibar Hüseynov ötən iclasda Milli Məclisin kompüterlərində bir sıra aparıcı qəzetlərin saytlarına daxil ola bilmədiklərini deyib: “Youtube” da məhdudiyyətlər var. Bu nə ilə bağlıdır? Bunun araşdırılması vacibdir. Azərbaycanın müasir dövründə belə bir problemin olması qəribədir”.

Millət vəkili həmçinin Milli Məclisin kompüterlərinin bərbad vəziyyətdə olduğunu da vurğulamışdı: “İnternetdə çox ciddi problemlər var. Bir məktubu yazmaq bir saata başa gəlir. Dünyanın bir sıra yerlərində əyləncə və tanışlıq saytları ilə bağlı məsuliyyətin nəzərdə tutulması normaldır. Bu məsələdə Milli Məclisin texniki işçilərinə məhdudiyyət qoyula bilər. Amma dünyanın hər yerində deputatlar sosial şəbəkələrdən, “Yootube”dan istifadə edirsə, bizdə də deputatlar bu imkanlardan istifadə edə bilər. Milli Məclisdə buna məhdudiyyət qoyulmamalıdır”.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu isə millət vəkilini şər-böhtanda ittiham etmişdi: “Milli Məclisdə internetlə bağlı hansısa texniki problem yarana bilər: “Amma qadağa ola bilməz. Əksinə, bütün dövlət orqanlarında, o cümlədən Milli Məclisdə internetə, informasiya-kommunikasiya texnologiyalarına böyük diqqət yetirilir. Bu sahə inkişaf edir. Bir texniki problem olanda mütəxəssislərə müraciət edirik. Bu elə bir mövzu deyil ki, onu ortalığa atıb böyük bir müzakirə obyektinə çevirəsən. Milli Məclisdə müxalifət qəzetlərinin saytlarına heç bir məhdudiyyət yoxdur”.

Bu gün isə Etibar Hüseynov Akif Təvəkküloğlunu qorxaqlıqda ittiham edərək ondan üzr istəməsini tələb edib.

Bolgexeber.com millət vəkilinin çıxışını olduğu kimi təqdim edir:

“Hörmətli sədr. Hörmətli həmkarlar
Bildiyiniz kimi ötən iclasda Milli Məclisin 2013-cü il ücün smeta xərclərinin müzakirəsi zamanı mən də çıxış etdim və digər deputatlar kimi görulən işləri müsbət qiymətləndirdim və əlavə olaraq xahiş etdim ki, otaqlarımızda olan kompüter və internet zəif işləyir və bu səbəbdən də bir çox videogörüntülərə və qəzet saytlarina giriş məhdudlaşir. Ona gorə də xahiş etdim ki gələcəkdə bu problemə də diqqət yetirilsin. Amma çox təəsüf ki, ötən müddət ərzində bu problemlə heç kəs maraqlanmadç və hec bir tədbir görülmədi. Əvəzində isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri bir gün sonra mətbuata çıxıb bəyanat verərək məni şər və böhtançı adlandırdı. Aydındır ki, bu məqamda Akif Təvəkküloğlu öz hədd və səlahiyyətlərini aşıbdır. Amma mən öz hədd və səlahiyyətlərimi aşağılayıb ondan deyil, Milli Məclis aparatının rəhbəri cənab Səfa Mirzəyevdən soruşmaq istəyirəm ki-Hörmətli Səfa müəllim, deyə bilərsinizmi mən Milli Məclisdə kimi şərləmişəm və kimə böhtan atmışam. Deputatın adi bir xahişdə bulunması nə vaxtdan şər böhtan olubdur. Milli məclisin aparatı millət vəkillərinə xidmət və yardımçı olmaq funksiyasını yerinə yetirən bir idarədir. Hansı haqq və cəsarətlə mətbuat xidmətinin əməkdaşı millət vəkilini heç bir əsas olmadan təhqir edir. Axı adindan da goründüyü kimi bu qurum xidmət gostərəcək bir qurumdur. Məntiqlə də mətbuat xidmətində çalışanlar da xidmətçi statusu daşıyır. İndi mətbuat xidməti milli məclis üzvlərinin təəsübünu çəkmək, yeri gələndə onları yersiz hücumlardan qorumaq əvəzinə onun baş xidmətçisi özu deputatı təhqir edir. Buna nə ad vermək olar? Belə hala dunyanin hansı ölkəsində rast gəlinib? Mətbuatda Milli Məclis təhqir olunanda, xanım millət vəkilləri ən ağir şəkildə təhqir olunanda Akif Təvəkküloğlu qorxusundan bircə dəfə də olsun cınqırını çıxarmağa cəsarət etmədi. Onun əvəzində biz-bir neçə millət vəkili cavab verdik. Belə hallar baş verirsə və aparatın adi bir işçisi millət vəkilini yersiz olaraq təhqir edirsə, biz hansi haqla kənar insanlardan ozümüzə hörmət və ehtiram gözləyirik. Onları məhkəməyə verməyə mənəvi haqqımız çatırmı? Ona görə də, hörmətli Səfa müəllim, şəxsiyyətinizə və personanıza bir daha hörmət və ehtiramımı bildirməklə yanaşi sizdən məsələyə münasibət bildirmənizi xahiş edirəm. Ümidvar olmaq istəyirəm ki, öz səlahiyyət və hüquqlarını aşmış Akif Təvəkkuloğluna layiq olduğu cəzanı verib ona yerini göstərəcəksiniz. Və bu işi mənim öhdəmə buraxmayacaqsiniz.

Və onu da son olaraq qeyd edirəm ki, əgər bu gun axşama qədər Akif Təvəkküloğlu çıxış etdiyi mətbuat orqanlarında təkzib verib məndən rəsmən üzr istəməsə, onda mən də cavab hüququmdan istifadə etmək məcburiyyətində qalacagam”.