Namiq Abbasov Elşad Abdullayevin qardaşından danışdı
23-11-2012, 13:25
Oxunub: 22 645
Namiq Abbasov: "Elşad Abdullayevin qardaşı ilə heç vaxt üz-üzə gəlməmişəm"
Eks-nazir Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlmədiyini deyir...
Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşının oğurlanması ilə bağlı yaydığı videogörüntülərdən sonra KİV-də müxtəlif fikirlər və mülahizələr dolaşmaqdadır.
Maraqlı məqamlardan biri də Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyində çalışarkən, itkin düşməsi və buna o zamankı nazir Namiq Abbasovun reaksiya verməməsi barədədir.
Modern.az saytı bu məsələyə aydınlıq gətirmək üçün hazırda Özbəkistanda olan, Azərbaycanın bu ölkədəki keçmiş səfiri Namiq Abbasovla əlaqə saxlamağa çalışdı. Ancaq bu cəhdimiz baş tutmadı. Sabiq nazirlə əlaqə saxlamaq üçün hazırda Özbəkistanda yaşayan jurnalist Aida Eyvazlıdan yardım istədik.
A.Eyvazlı bildirib ki, qəzet və internet saytlarında Namiq Abbasovun adının Mahir Abdullayevin məsələsinə görə hallandırılmasına, bu işlə bağlı müxtəlif xəbərlərin yazılmasına qarşı tərəfin hansı reaksiya göstərəcəyi bir jurnalist kimi onu da maraqlandırıb:
“Əvvəllər mən Azərbaycanda kriminal mövzularda verilişlər və yazılar hazırlayırdım. Ona görə də indi belə xəbərlər KİV-də yayılandan sonra jurnalist marağı üstün gəldi, Namiq Abbasovdan məsələyə münasibətini soruşdum. O qeyd etdi ki, Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlməyib. Dedi ki, belə bir köməkçisi də olmayıb. Namiq müəllim onu da əlavə etdi ki, adam oğurluğu ilə bağlı cinayət işi o zaman Milli Təhlükəsizlik Nazirliyinə aid məsələ olmayıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər