Namiq Abbasovun təkzibinə təkzib gəldi
24-11-2012, 12:50
Oxunub: 7 932
Elnur Məcidli: “Mahir Abdullayevin MTN-də işə təyinatı ilə bağlı əmri sabiq nazir özü imzalayıb
Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşının oğurlanması ilə bağlı yaydığı videogörüntülərdən sonra KİV-də müxtəlif fikirlər və mülahizələr dolaşmaqdadır. Maraqlı məqamlardan biri də Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2003-cü ildə Milli Təhlükəsizlik Nazirliyində çalışarkən itkin düşməsi və buna o zamankı nazir Namiq Abbasovun reaksiya verməməsi barədədir.
Modern.az saytı bu məsələyə aydınlıq gətirmək üçün hazırda Özbəkistanda olan, Azərbaycanın bu ölkədəki keçmiş səfiri Namiq Abbasovla əlaqə saxlamağa çalışıb. Ancaq bu cəhdi baş tutmayıb. Sabiq nazirlə əlaqə saxlamaq üçün hazırda Özbəkistanda yaşayan jurnalist Aida Eyvazlıdan yardım istənilib.
A.Eyvazlı modern.az-a bildirib ki, qəzet və saytlarda N.Abbasovun adının Mahir Abdullayevin məsələsinə görə hallandırılmasına, bu işlə bağlı müxtəlif xəbərlərin yazılmasına qarşı tərəfin hansı reaksiya göstərəcəyi bir jurnalist kimi onu da maraqlandırıb: “Əvvəllər mən Azərbaycanda kriminal mövzularda verilişlər və yazılar hazırlayırdım. Ona görə də indi belə xəbərlər KİV-də yayılandan sonra jurnalist marağım üstün gəldi, Namiq Abbasovdan məsələyə münasibətini soruşdum. O, qeyd etdi ki, Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlməyib. Dedi ki, belə bir köməkçisi də olmayıb. Namiq müəllim onu da əlavə etdi ki, adam oğurluğu ilə bağlı cinayət işi o zaman Milli Təhlükəsizlik Nazirliyinə aid məsələ olmayıb”.
Hazırda E.Abdullayevin işi ilə bağlı jurnalist araşdırması aparan blogger Elnur Məcidli dedi ki, N.Abbasovun bunu təkzib etməsi normaldır. E.Məcidlinin sözlərinə görə, M.Abdullayevi müavini təyin etməsi ilə bağlı N.Abbasovun qol çəkdiyi əmr var. Blogger lazım gələrsə, o sənədin surətini də mətbuata çıxaracaqlarını dedi.
E.Məcidli onu da vurğuladı ki, N.Abbasovun bu mövqeyi səbəbsiz deyil. Onun sözlərinə görə, N.Abbadov hazırda təqaüdə çıxmağa hazırlaşır: “Üstəlik, o, vurulmuş məmurdur. Niyə vurulub, onu da araşdırmaq lazımdır. Onun vurulmasında Elşad Abdullayevin qardaşı ilə bağlı məsələ də rol oynayıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər