Mədət Quliyevin böyük oyundakı problemləri
26-11-2012, 10:55
Oxunub: 11 145
“Yağmur əməliyyatı” Mədət Quliyevlə bərabər, bəzi rütbəlilərin gizlin əməllərini aşkara çıxarıb
Oktyabrın 18-i axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" restoranında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi müəmmalı əməliyyat hələ də gündəmin əsas mövzularından biri olaraq qalır.
Xatırladaq ki, əməliyyatla bağlı yayılan xəbərlərdə bildirilirdi ki, restoranda həbsdən yeni çıxan kriminal aləmin nümayəndəsi - "Yeraz Nəriman" ləqəbli Nəriman Əliyevin qarşılanma məclisi keçirilib. Məclisdə müxtəlif ölkələrdən gələn kriminal avtoritetlərin iştirak etdiyi də deyilirdi. Məsələnin ən diqqətçəkən məqamı isə əməliyyat zamanı «Yeraz Nəriman»ın hadisə yerindən qaçması və 3-4 gün sonra Bandotdel» tərəfindən həbs olunması idi. Məhz bu xəbərdən az sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 və 11 saylı türmələrinin rəislərinin «vurulması» xəbəri dövriyyəyə buraxıldı. Xəbərdə iddia olundu ki, adıçəkilən türmələrin, xüsusiylə 1 saylı türmənin rəisi «Yağmur əməliyyatı”nın qurbanı olub.
Bolgexeber.com bildirir ki, «Reytinq» qəzetinin əldə etdiyi məlumatlar tam fərqli olaylardan xəbər verməklə, rəsmi dairələrin, əslində, cəmiyyəti əsas hədəfdən yayındırdığını təsdiqləyir.
“Yağmur”dakı əməliyyatın əsl sirri...
Bizi məlumatlandıran informasiyalı şəxsin iddiasına görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat, əslində, kriminal aləmin Azərbaycanda yenidən «çiçəklənmə» qorxusundan qaynaqlanıb: «İdarə bu yöndə daxil olmuş məlumatlar əsasında dəqiqləşdirib ki, həmin mərasimdə kriminal avtoritetin yenidən Azərbaycanda «ayaq» açmasının yolları müzakirə olunmaqla yanaşı, həm də Lotu Quli ləqəbi ilə tanınan Nadir Səfiyevlə Rövşən Lənkəranskinin durumları arasında seçim etmək niyyəti güdülüb. Yəni burada iddia olunduğu kimi, «Yeraz Nəriman» ləqəbli Nəriman Əliyevə oğru adının verilib-verilməməsi hədəf olmayıb. Sizə onu da deyim ki, həmin toplantının keçirilməsinə Rusiyadakı məşhur avtoritet Ded Xasanın da dəstək verdiyi haqda informasiyalar da var. Həmin toplantıda Lotu Qulinin yenidən oğru elan edilməsi ilə bərabər, Rövşən Lənkaranskinin durumu müzakirə ediləcəkdir. Lakin hər iki hal Azərbaycandakı bəzi məmur-oliqraxların da maraqlarına uyğun deyil. Bu yerdə bir məsələni də deyim ki, həmin toplantının keçirilməsində hakimiyyətdə təmsil olunan və əslən Ermənistanlı olan bir məmurun yaxın qohumunun da aktiv iştirak etdiyi haqda xəbərlər var. Quli ilə Rövşən arasındakı ziddiyyət oliqarxlar və qruplaşmalar arasında da fikir ayrılığı yaradıb, bu faktdır. Quliyə əsas dəstəyi Ded Xasanın verməsi də, Rövşənlə əlaqəli olan kriminal dairələr və onlara bağlı olan məmurların da maraqlarına uyğun deyil. Bu və ya digər səbəblər də «Yağmur əməliyyatı”nın keçirilməsinə zəmin yaratdı. İndi rəsmilər başqa şey deyir. Hətta əməliyyat və ondan sonra həbs olunanların da taleyinə aydınlıq gətirməyərək, əməliyyatın unudulmasına çalışılır».
Tutulanlardan kimlərin barəsində 2 aylıq həbs tədbiri seçilib və yaxud general niyə çaşdırıcı xəbər yaydı?
Müsahibimiz deyir ki, əməliyyatdan sonra həbs olunanların böyük əksəriyyəti azadlığa çıxıb: «Amma kriminal dairələrə sıx əlaqələri olan az sayda keçmiş məhkumlar, hətta Nəriman Əliyevin barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. İstintaq bununla toplantının gizli detallarından tutmuş, Nərimanın vaxtından əvvəl azadlığa necə və kimlərin vasitəsiylə qovuşmasını araşdırır».
"Yeraz Nəriman" Rusiyada törədilən bir cinayət əməlinə görə məhkum olunub. Bir müddət Rusiyada cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya edilib. Azərbaycanda cəzasının böyük hissəsini Penitensiar Xidmətin 1 saylı "zon"unda çəkib. Amma onun azadlığa çıxması üçün «+», «-» deyələn, yəni ara sözlə desək «dobro»nun verilməsi 1 saylı "zon"un rəhbərliyinin vasitəsi ilə həyata keçirilməyib: «Nəriman Əliyev 1-dən deyil, 15 saylı türmədən vaxtından əvvəl azadlığa buraxılıb. 1 saylının rəisi o zaman onun üçün heç bir müsbət xarakteristika verməyib. Doğrudur, 1 saylı Cəzaçəkmə Müəssisəsi «Qara zon» hesab olunur. Bura Azərbaycanda «oğru qanunları» ilə idarə olunan azsaylı həbsxanalardan biridir. Kriminal aləmin bir çox avtoritetləri - «Masallı Mamed», «Yasamal Yunis», «Avto» ləqəbli gürcü «oğru», «Nuruş» və digərləri vaxtilə məhz bu CM-də cəza çəkiblər. Bunları ona görə xatırladıram ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “Yağmur” restoranında keçirdiyi əməliyyatdan sonra diqqət «Yeraz Nəriman»ın vaxtından əvvəl, özü də hansı türmədən buraxılması da müzakirə olundu. Belə bir vaxtda isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini ictimaiyyəti çaşdıran kadr dəyişikliyi apardı. Yayılan xəbərlərdə bildirilirdi ki, Nərimanın məhkəmə qərarı ilə həbsxanadan vaxtından əvvəl buraxılmasına əsas verən sənədləri hazırladığına görə 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Qəhrəman Qurbanova «vuruldu». Belə ki, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyevin əmri ilə o, vəzifəsindən azad olunub. Başqa bir əmrlə 11 saylı CM-nin rəisi Fikrət Qafarov 1 saylı CM-nə rəis təyin olunub. Lakin hadisələrin içində olanlar bilirlər ki, əslində, bu xəbər cəmiyyəti çaşdırmaq çün düşünülmüş bir plan olub. Əvvəla, onlar vəzifədən azad olunmayıblar, Sadəcə rəislərin yerləri dəyişdirilib. İkincisi isə Nəriman başqa bir həbsxanadan vaxtından əvvəl azadlığa buraxılıb ki, bu məsələdə də birbaşa general Mədət Quliyev məsuliyyət daşıyanlardan biridir. Hamı bilir ki, türmə rəisləri onun imzası ilə göndərilən siyahı olmadan hər hansı bir xarakteristika yazmaq əsarətində deyil. İstintaqda məhz bunu bildiyindən məsələni ictimaiyyətin diqqətindən yayındırmaq, bir sözlə, unutdurmaq istəyir. Çünki o halda ortaya sual çıxa bilər ki, həbsxanalarda yüzlərlə günahsız, özü də nümunəvi məhbus olduğu halda, nədən avtoritetlərə belə məsələdə «yaşıl işıq» yandırılıb? Mədət Quliyev və istintaq bunu bildiyindən qabardılmasını istəmirlər. Çünki vaxtından əvvəl azadlığa buraxılanların işində prokurorluqda böyük rol oynayır. Bir sözlə, maraqlar üst-üstə düşdüyündən heç bir tərəf bu məsələnin ictimailəşməsini istəmir».
Tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman