Hacı İlqara qarşı təbliğat etirazla qarşılandı
1-12-2012, 12:45
Oxunub: 5 468
“Bu cür insanların dünyada 500 ən nüfuzlu müsəlman sırasına daxil edilməsi Azərbaycan adına, Azərbaycan müsəlmanları adına çox müsbət haldır, təqdir olunmalıdır”
Ötən həftə ildə bir dəfə nəticələri açıqlanan və 4 ildir keçirilən “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” sorğusunun növbəti nəticələri açıqlandı. ABŞ-ın Corctaun Universiteti və İordaniyanın İslami Strateji Araşdırmalar Mərkəzi tərəfindən keçirilən və elə universitet tərəfindən də nəticələri açıqlanan sorğunun ilk üçlüyündə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əs Səud, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Mərakeş kralı VI Məhəmməd qərarlaşıb.
Sorğunun nəticələrinə əsasən, Azərbaycandan 4 nəfər dünyanın ən nüfuzlu 500 müsəlmanı sırasına düşüb. Bunlar Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, xalq artisti, muğam ifaçısı Alim Qasımov və Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğludur. Prezident İlham Əliyev sorğunun “Siyasət”, Alim Qasımov “Mədəniyyət və incəsənət”, Allahşükür Paşazadə və İlqar İbrahimoğlu isə “Təhsil” kateqoriyasından seçiliblər.
Azərbaycandakı bəzi mətbuat orqanları isə sözügedən sorğunun mötəbərliyinə, o cümlədən Hacı İlqar İbrahimoğlunun sorğunun nəticələrinə görə həmin mötəbər siyahıya düşməsinə şübhə yaratmağa xidmət edən fikirlər yayırlar. Bir sıra şəxslərin dilindən Hacı İlqar İbrahimoğlunun nəinki bütün İslam dünyasında, heç Azərbaycanda da yetərincə tanınmadığı təbliğatı aparılır.
Lakin bu cür təbliğatın müşahidə olunması cəmiyyətdə dəstək qazanmır.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” sorğusunu keçirən ABŞ-ın Corctaun Universiteti və İordaniyanın İslami Strateji Araşdırmalar Mərkəzi ciddi qurumlardır. Onların keçirdiyi sorğuların mötəbərliyinə şübhə edilməməlidir: “Mötəbərliyə şübhə etmək üçün gərək əldə konkret faktlar ola. Əgər bu sorğunu şübhə altına alanların əlində ciddi əsaslar, faktlar varsa, yaxşı olardı ki, ortaya qoysunlar və sonra iddia irəli sürsünlər. Fakt ortaya qoymadan şübhə toxumu səpmək, iddialar irəli sürmək qeyri-ciddi təəssürat və iddia müəlliflərinin qərəzli olması təəssüratını yaradır. Digər tərəfdən də bu, həm də gözü götürməməklikdən irəli gəlir. Çünki sorğuda adları çəkilən 4 nəfərin hər biri Azərbaycanda tanınan və müəyyən mənada nüfuzu olan şəxslərdir. Onların heç biri haqqında tanınmamaqla bağlı hər hansı bir iddianı irəli sürmək mümkün deyil. Həmin 4 şəxsin hər biri Azərbaycan cəmiyyətində aktiv olan insanlar sırasına daxildirlər. Eyni zamanda dini xadim kimi Hacı İlqar İbrahimoğlu təkcə Azərbaycan cəmiyyətində deyil, həm də Qərbdə, xüsusilə Avropada çox ciddi tanınan şəxsdir. Avropanın ən mötəbər tədbirlərində, konfranslarında iştirak edən və bilavasitə məruzə ilə çıxış edən şəxs kimi də tanınır. Onu da nəzərə almaq lazımdır ki, təkcə dindar alim deyil, eyni zamanda bu adam işıqlı bir şəxsiyyətdir. Dindarlar iki kateqoriyaya bölünürlər. Bir var dini kalpak kimi istifadə edib mövhumatçılığı yayan dindarlar. Bir də var sözün əsl mənasında elmi əsaslarla Allahın göndərdiyi müqəddəs Quranı əsaslandıran, yayan və öz fikirlərini təbliğ edən dindarlar-işıqlı insanlar. Hacı İlqarı məhz mövhumatdan uzaq və işıqlı insanlar kateqoriyasına aid etmək lazımdır. O baxımdan hesab edirəm ki, əslində bu cür insanların seçilməsi və dünyada 500 ən nüfuzlu müsəlman sırasına daxil edilməsi Azərbaycan adına, Azərbaycan müsəlmanları adına çox müsbət haldır, təqdir olunmalıdır. Bu cür təqdir olunmalı işi aşağılamaq və mötəbərliyinə şübhə yaratmaqdansa, bu insanları təbrik etmək və daha da müsbət fəaliyyət yönündə stimullaşdırmaq lazımdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər