Hicab aksiyasında tutulanların həbs müddəti uzadıldı
3-12-2012, 12:20
Oxunub: 7 549
5 oktyabr Təhsil Nazirliyinin qarşısında keçirilən “hicaba azadlıq” aksiyasında həbs edilən 32 dindarın həbs müddəti uzadıldı
Oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş hicab aksiyasına görə saxlanılan şəxslərdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsi isə dindarların həbs müddətini iki ayadək, 05 fevral 2013-cü il tarixinədək uzadıb.
Bu barədə məlumatı musavat.com saytına dindarlardan birinin vəkili Fariz Namazlı verib. Onun sözlərinə görə, Səbail rayon məhkəməsinə 32 dindar gətirilib və onların hamısının həbsdə saxlanılma müddəti artırılıb. “1 gün ərzində 2 hakim tərəfindən 30 dindarın işinə baxmaq məntiqi və fiziki cəhətdən mümkün deyil. Orta hesabla 1 işə baxılmasına 3-4 dəqiqə düşür. Həmin müddətdə hakim tərəfləri dinləməli, müşavirə otağına getməli, daxili inamına əsasən qərar qəbul etməlidir. Məhkəməyə gətirilən bütün dindarların həbs müddətinin artırılması onu göstərir ki, bu iş obyektiv surətdə araşdırılmır, dindarlar qanunsuz olaraq həbs edilib”,-deyə vəkil əlavə edib.
Xatırladaq ki, oktyabrın 5-də ümumi sayı 250-300 nəfər olan dindar orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz etmək üçün Təhsil Nazirliyi qarşısında aksiya keçiriblər. Oktyabrın 5-də Təhsil Nazirliyin qarşısında keçirilən aksiya ilə bağlı Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə saxlanılan 74 şəxsdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər prokurorluğu Nərimanov rayon polis idarəsi işi araşdırır. Dindarların bir hissəsinə 234.1 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmək) maddələri ilə cinayət işi açılıb. Amma nədənsə istiqamət başqa yönə yönəldilib. Demək olar ki, bütün həbs olunanların evlərində axtarış aparılıb və dini kitablar, kompüter və cd disklər aşkarlanaraq götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər