Sabiq nazirlər azadlığa çıxacaqlarmı?
5-12-2012, 12:40
Oxunub: 5 140
Prezidentdən Fərhad Əliyevlə Əli İnsanovun əfvi istənildi
“Monitorinq Qrupunun siyahısında hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanovun da adı var. Bu il onların əfv olunması üçün Prezidentə müraciət olunub”.
Bunu Modern.az saytına açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun əfv siyahısında 10 nəfər siyasi məhbusun adı var. Hüquq müdafiəçisinin dediyinə görə, həmin məhbusların azadlığa buraxılmasını istəyirlər:
“Bu siyahıda bir nəfər jurnalist də var. Həmin şəxsin məhkəməsi hələ ki, davam edir. Hakimin istədiyi kimi, Fuad Hüseynov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərsə, o zaman o, potensial olaraq bizim əsas siyasi məhbuslar siyahımıza düçəcək. Buna qədər biz hüquq müdafiəçiləri olaraq istərdik ki, Avropa Şurasının nəzarətində olan 10 nəfər siyasi məhbus azadlığa buraxılsın.
Həmin siyahıda eks nazirlər, “OMON”çular, 2 aprel məhbusları Vidadi İsgəndərovla Şahin Həsənlinin də adları var”.
Səidə Qocamanlı onu da bildirib ki, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyahısında adları çəkilən siyasi məhbusların azadlığa buraxılması üçün ilin ortasında da Prezidentə müraciət olunub. Hüquq müdafiəçisinin sözlərinə görə, bu ayın sonunda gözlənilən əfv fərmanında kimin adının olacağı Prezidentin səlahiyyətindədir. Odur ki, Prezidentin kimi əfv edəcəyini indidən demək çətin olar:
“Bir hüquq müdafiəçisi kimi mənim arzum budur ki, Monitorinq Qrupunun siyahısında olan 10 məhbusun adı da əfv olunanlar arasına düşsün. Hesab edirəm ki, həmin siyasi məhbuslar əfv olunarsa, əfv fərmanı öz yüksək dəyərini ala bilər”.
Hüquq müdafiəçisi onu da bildirib ki, siyasi məhbusların əfv olunması üçün bu ayın ortasında Prezidentə yenidən müraciət olunacaq.
Qeyd edək ki, Prezident yanında Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova Modern.az-a deyib ki, əfv fərmanı ilə bağlı ənənəvi işlər gedir, ilin sonunda bur qrup məhkumla bağlı əfv sənədi imzalana bilər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər