Rəcəb Tayyip Ərdoğan:” İndi öz əlimizlə öz mədəniyyətimizi məhv etdirirlər”
6-12-2012, 18:45
Oxunub: 5 263
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yenə də “Muhteşem Yüzyıl” serialını tənqid edib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökumət başçısı ad çəkmədən sərt mesajlar göndərib. Ərdoğan bu çıxışını İstanbulda təşkil edilən “Türkiyə İnnovasiya Həftəsi” adı konfransda edib.
O, deyib ki, filmə baxanda Türkiyə tarixinin ancaq müharibələr, intriqalar və hərəmxanadan ibarət olduğunu düşünürsən: “Amma tariximizi gözəlləşdirən, ona damğa vuran, mədəniyyətimizə istiqamət verən qələm və kitablardan heç kim danışmır, danışmaq da istəmir”.
Hirsini boğa bilməyən Ərdoğan deyib ki, milləti, mədəniyyəti məhv etmək istəyənlər buna nail ola bilmədilər. “Amma indi öz əlimizlə öz mədəniyyətimizi məhv etdirirlər”, – deyə Türkiyənin baş naziri qeyd edib.
Türkiyənin baş naziri konfrans zamanı filmlə bağlı fikirlərini açıqlayarkən bir növ xəbərdarlıq da edib: ”Bizimlə bağlı olan bütün planları puç edirik. Bizə geyindirmək istədikləri o dar geyimləri rədd edirik, bu gün artıq qəliblərimizin, üfüqlərimizin sərhədlərini aşırıq. Bu gün dünyanın harasına getsəniz, “Made in Turkey” görə bilirsiniz. Hamı bilsin ki, artıq biz varıq. Biz özümüzə inanan xalqıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər