BolgeXeber.Com » Siyasət » Rusiyanın yeni qaz kəmərinin Azərbaycana nə təsirləri var?

Rusiyanın yeni qaz kəmərinin Azərbaycana nə təsirləri var?

8-12-2012, 14:15
Oxunub: 3 867 Deyerler.Org: Rusiyanın "Qazprom" şirkəti "Cənub Axını" qaz kəməri layihəsinin tikintisinə start verib. 20, 65 milyon dollar dəyərində olan layihə Avstriya və İtaliyadan keçməklə Qara Dəniz sahillərini Balkan ölkələrini birləşdirəcək. Layihənin həyata keçirilməsi ilə bağlı çıxışında Rusiya prezidenti Vladimir Putin bildirib ki, Cənub Axını layihəsi Avropa istehlakçıları üçün etibarlı təbii qaz mənbəyi olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.Org-a açıqlamasında deyib ki, "Cənub Axını" layihəsinin Azərbaycan üçün heç bir zərəri yoxdur. "Qara dənizin dibi ilə Türkiyənin su hövzəsinə də daxil olmaqla Bolqarıstan ərazisinə qaz kəməri çəkiləcək. Bu kəmər Ukrayna ərazilərindən keçməyəcək. Buna səbəb Rusiya ilə Ukrayna arasında qaz tranziti məsələsində zaman-zaman problemlərin yaşanmasıdır. Ukraynadan asılılığı azaltmaq üçün Rusiya bir neçə il bundan öncə "Cənub Axını" layihəsini həyata keçirmək barədə qərar qəbul etmişdi və bir neçə ölkə bu layihəni dəstəklədi. İlkin variant kimi illik 16 milyard kubmetr qazın Avropaya çatdırılması nəzərdə tutulur. Sonradan bunun 30 milyard kub qaza çatdırılması planlaşdırılır.

Bu kəmərin fəaliyyətə başlamasının Azərbaycanın qaz ixracatına təsiri olmayacaq. Bilirsiniz ki, TANAP layihəsi imzalanıb və təsdiqlənib. Layihə çərçivəsində Azərbaycanın qazı Türkiyə ərazisindən keçməklə Bolqarıstana qədər çatdırılacaq. Azərbaycanın istehsal edə biləcəyi qaz bu kəmərlə Avropaya ötürüləcək. "Cənub Axını" kəməri Azərbaycan üçün rəqabət yaratmır. Çünki hər iki layihə Avropanın enerji təhlükəsizliyi üçündür. Bir problem ondan ibarətdir ki, Avropa Birliyi ilə Azərbaycan və Türkmənistan razılaşıb Tran-Xəzər layihəsini reallaşdırmağa başlasalar, Rusiya ilə ciddi problemlər yaşanacaq. Bu səbəbdən Rusiya Trans-Xəzərin reallaşmaması üçün hər cür vasitələrə əl atmaqda davam edəcək", - deyə Natiq Cəfərli bildirib.