CNN-in aparıcısı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib
26-10-2017, 11:50
Oxunub: 3 525
CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı son dərəcə hörmətsizlikdir”, – deyə H.Hacıyev əlavə edib.
E.Burden oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bundan əvvəl “Report”a açıqlamasında məsələnin araşdırılacağını və təsdiqini tapacağı təqdirdə Entoni Burdenin arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər