BolgeXeber.Com » Siyasət » Daha iki sahibkar Süleyman Mikayılovdan Prezidentə şikayət etdi

Daha iki sahibkar Süleyman Mikayılovdan Prezidentə şikayət etdi

15-02-2011, 01:25
Oxunub: 8 167
Sənan Ağayev Və Akif Məmmədov öz əmlaklarına Süleyman Mikayılov tərəfindən qanunsuz əl qoyulmasından şikayətlənir

“Bolgexeber.com” saytı olaraq, Azərbaycanın müxtəlif bölgələrindən olan şikayət və müraciətlərə qarşı daim həssas olmuş və birtərəfli olmadan istənilən məsələdə hər kəsin mövqeyini işıqlandırmağa çalışırıq. Redaksiyamıza daxil olan şikayətlərin əksəriyyəti bölgələrdəki məmurların özbaşınalığı və rüşvətxorluğu ilə bağlı olur. Bu cür şikayətlərdən biri də Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov barəsindədir.

Belə ki, redaksiyamıza məktubla (bu məktubların surətlərii Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə göndərilib) müraciət edən Akif Məmmədov və Sənan Ağayev Qaradağ rayon icra hakimiyyətinin başçısı tərəfindən əmlaklarının qanunsuz olaraq alınmasından şikayətlənirlər


Qaradağ rayonunun Gülbağ sahəsində mişar daşının istehsalı ilə məşğul olmuş A.Məmmədov öz məkubunda bildirir: “2010-cu ilin 18 sentyabr tarixində isə, Süleyman Mikayılovun adamları olan Elbrus, Oruc və Vaqif adlı şəxslər mənə məxsus daşkəsən maşını götürərərək qaytarmaqdan imtina etmişlər. Sonradan mənim qarşıma şərt qoydular ki, maşını qaytararıq, amma bir şərtlə ki, hər ay icra başçısına 10 min manat və 5 maşın daş verəsən. Mən isə bu ağır şərtə razı olmadım və nəticədə həmin ərazidə mənə məxsus bütün əmlakıma əl qoyuldu”.

Şikayətçi onu da əlavə edir ki, icra hakimiyyətinin işçisi olan Oruc adında şəxs onun qardaşı oğlu Məmmədov Anar Asif oğlunu Qaradağ İcra Hakimiyyətinin binasına dəvət edib, yanında olarkən isə onu təhqir edərək döyüb və 38-ci polis bölməsinə zəng edərək onu 5 saata yaxın həbsdə saxlatdırıb.

Sənan Ağayevin sözlərinə görə, həmin sex olan ərazidə 1,55 hektar torpaq sahəsini 9 noyabr 1992-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə özəlləşdirib, 1997-ci ildə isə orda abadlıq işləri apararaq sahibkarlıq məqsədi ilə üzlük plitə sexi tikib: “Mənə məxsus olan sex 2010-cu ilin avqust ayında Süleyman Mikayılovun göstəişi ilə onun müavini Vaqif Həsənov və şöbə müdiri Mətləb tərəfindən qanunsuz olaraq sökülmüş, dəyən ziyan isə ödənilməmişdir”.

A.Məmədov bildirib ki, ona qarşı edilən haqsızlıq nəticəsində 250 min manat ziyan dəyib. S. Ağayev isə özünə dəyən zərərin 280 min manat olduğu fikrindədir.

Özlərinin iddiaların tam qanuni olduğuna əmin olan şikayətçilər Azərbaycan prezidenti və onun rəhbərliyi altında işləyən bütün yüksək rütbəli məmurlara tutaraq, onlardan öz qanuni hüquqlarının bərpa olunması üçün kömək gözlədiklərini vurğulayıblar.