BolgeXeber.Com » Siyasət » Generala ömürlük həbs verildi

Generala ömürlük həbs verildi

13-12-2012, 10:40
Oxunub: 4 094 O, 8 min müsəlmanın qətlində təqsirli bilinir.
Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal 1992-1995-ci illərdə Bosniya serblərinin ordusunda kəşfiyyat və əks-kəşfiyyat xidmətinin rəisi olmuş general Zdravko Tolimiri ömürlük həbsə məhkum edib. Hökm dekabrın 12-də Hollandiyanın Haaqa şəhərində çıxarılıb.

Zdravko Tolimir 1995-ci ilin yayında Bosniya və Herseqovinanın Srebrenitsa kəndində 8 min müsəlmanın qətlində iştiraka görə məhkum olunub. Məhkəmə generalı soyqırımının təşkilində, bəşəriyyət əleyhinə cinayətdə, müharibə qanunlarını pozmaqda təqsirli bilib.