BolgeXeber.Com » Siyasət » Prezident idman sahsəsində olanları sevindirdi

Prezident idman sahsəsində olanları sevindirdi

18-12-2012, 20:10
Oxunub: 4 999 [size=18]Prezident İlham Əliyev Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” president fərmanına uyğun olaraq Azərbaycanın aşağıdakı Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilib:

Belenki Valeri Vladimiroviç
Əsgərov Toğrul Şəhriyar oğlu
Şərifov Şərif Naibqadjavoviç

İ. Əliyev həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Allahverdiyev Yaşar Bəxtiyar oğlu
Sideifzadə Fikrət İsrafil oğlu
Yusifov Ramiz Yusif oğlu


Prezidentin digər sərəncamı idmançılara fəxri ad verməklə bağlıdır

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilib:

Abdullayev Namiq Yədulla oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Hətəmov Rəhman Süleyman oğlu
Məmmədov Ceyhun Məhəmməd oğlu