Sabiq deputat təcrid olunur
19-12-2012, 09:15
Oxunub: 5 499
Gülər Əhmədova Facebook səhifəsini də bağladı
Sabiq deputat Gülər Əhmədova həbs edilməsilə bağlı ölkə gündəmini zəbt etmiş dünənki xəbərlərdən sonra özünün Facebook sosial şəbəkəsindəki səhifəsini bağlayıb.
Onun Facebook-da dünənədək açıq olan profili hazırda mövcud deyil. Səhifə ya tamamilə silinib, ya da G.Əhmədova özünün dostluğunda olan bütün profilləri bloka salıb.
Qeyd edək ki, son vaxtlar Gülər Əhmədova ilə əlaqə yaratmaqda çətinlik çəkən jurnalistlər onun baş verən hadisələrə reaksiyasını məhz sabiq deputatın Facebook saəhifəsindəki statuslarından öyrənirdi.
Yeri gəlmişkən, hazırda Facebook-da G.Əhmədova ilə bağlı bir səhifə mövcuddur amma, bu onun özünün də əvvəllər bəyan etdiyi kimi, kimlərsə tərəfindən yaradılan saxta səhifədir.
Dünən G.Əhmədovanın həbs edilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər Baş Prokurorluq tərəfindən təkzib olunub.
Bu il sentyabrın 25-də internetdə ABU-nun rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayıb.
Sabiq deputat Gülər Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin parlamentə seçilməsi üçün ondan 500 min dollar istəməsi ilə bağlı qalmaqallı videoçarx Bakı Şəhər Prokurorluğunda CM-in 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin qaldırılmasına səbəb olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər