BolgeXeber.Com » Siyasət » “Millət vəkili “moşşenik”lik edirsə, sərt tədbir görülməlidir”

“Millət vəkili “moşşenik”lik edirsə, sərt tədbir görülməlidir”

26-12-2012, 09:15
Oxunub: 4 024 “Gülər Əhmədova hadisəsi Milli Məclisə və onun nüfuzuna çox böyük xələl gətirdi”

“Əgər Azərbaycan vətəndaşı, aktyoru da, jurnalisti də, yüksək rütbəli məmuru da Milli Məclisə, millət vəkilinə sayğısızlıq göstərirsə, təhqiramiz ifadə işlətməkdən çəkinmirsə, bu, onların faciəsidir, şikəstliyidir və dünyagörüşünün məhdudluğudur. Milli Məclis fərdlərdən ibarətdir. Bu gün həmin kürsüdə oturanlar əbədi deyillər, müəyyən zamandan sonra onları başqaları əvəz edəcək”. Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mia.az-a müsahibəsində deyib.
O, bildirib ki, belə münasibətlə üzləşməmək üçün deputatlar Milli Məclisin adına ləkə gətirəcək addımlar atılmamalıdır, eyni zamanda, kənar şəxslərin deputata qarşı şər-böhtan deməsinə, hörmətsizlik etməsinə rəvac verilməməlidir: “Kimsə bunlara məhəl qoymayaraq millət vəkilinin ümvanına qeyri-etik firik səsləndirirsə, səviyyəsiz olduğunu göstərir”.
Millət vəkili daha sonra deyib: “”Mən demirəm ki, Milli Məclisin deputatlarının hamısı imam övladıdır. Ancaq deputat Milli Məclis səlahiyyətləri çərçivəsində nə edə bilər axı? Onlar qanun yaradıcılığı ilə məşğul olurlar. Deputat su çəkən, işıq yandıran, yol təmir edən deyil. Bunun üçün icra strukturları var, təbii ki, bu sahədə müəyyən nöqsanlar mövcuddur. Ancaq parlamentin üzvləri seçildikləri dairələrdə problemləri görür, müvafiq qurumlar qarşısında məsələ qaldırırsa və həmin qurumlar bu problemlərin həlli istiqamətində lazımı addımlar atmırsa, bu, parlamentiv, yaxud deputatın günahı deyil. Digər tərəfdən, ola bilsin ki, hansısa deputat özlərinin şəxsi işi ilə bağlı aidiyyatı qurumun rəhbərinə müraciət edir. Axı o da insandır, onun da problemləri ola bilər, bu da pis qarşılanmamalıdır. Əgər hansısa millət vəkili “moşşenik”lik edirsə, ona qarşı sərt tədbirlər görülməlidir. Həmin adamlar həm parlamentdə, həm cəmiyyətdə ifşa olunmalıdır. Çox təəssüf edirəm ki, belə bir hadisə bir müddət öncə ortaya çıxdı. Son hadisələrə qədər belə bir şey yox idi, amma Gülər Əhmədova ilə bağlı yayılan video-material bir faktdır. Onu da deyim ki, bu hadisə Milli Məclisə və onun nüfuzuna çox böyük xələl gətirdi. Ancaq bundan yapışaraq bütövlükdə parlamentin üstünə getmək, orda bütün varlığı ilə dövlətçiliyə xidmət edən insanları da bu ləkənin içinə çəkmək düzgü deyil. Bu gün Gülər Əhmədova kiminləsə nə vaxt nəsə danışıbsa, bunun məsuliyyətini özü daşıyır və bu faktı ümumilikdə Milli Məclisə şamil etmək ədalətsizlikdir”.