BolgeXeber.Com » Siyasət » “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesabat hazırlayır

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesabat hazırlayır

9-01-2013, 09:45
Oxunub: 3 890 Hesabatla bağlı qurum Mədət Quliyevə sorğu göndərdi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanma şəraiti və
məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” ilk hesabatını hazırlayır. Sənəd Alyansa daxil olan, həbs həyatı yaşamış keçmiş vicdan məhbusları, eləcə də bir çox hüquq müdafiəçilərinin təqdim etdiyi məlumatlar əsasında hazılranır. Hesabatın ətraflı, daha da dolğun və obyektiv alınması, Ədliyyə nazirliyinin tabeliyində fəaliyyət göstərən İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələri, onların sayı, ordakı vəziyyət, saxlanılan məhbusların dövlət təminatı, bu istiqamətdə görülən işlər, mövcud problemlər, dustaqlar arasında yayılan xəstəliklər, onların müalicəsi və s. məsələlərin, eləcə də qarşı tərəfin mövqeyinin sənəddə əks olunması ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə İnformasiya sorğusu göndərilib. Sorğuda “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı suallları cavablandırılması istənilir;

1. Azərbaycan respublikası ərazisində Ədliyyə nazirliyinin tabeliyində nə qədər İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələri var?
2. İstintaq Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma şəraiti necədir? Hazırda hansı rayonlarda nə qədər yeni həbsxanalar inşa olunur?
3. İstintaq Təcridxanası və Cəza Çəkmə Müəssisələrində ümumilikdə nə qədər dustaq cəza çəkir?
4. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində son zamanlar hansı addımlar atılır?
5. Penitensiar Xidmətin əməkdaşları tərəfindən bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə niyə icazə verilmir?
6. Məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər hansı tədbirlər həyata keçirilib?
7. Məhbusların qida təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən nə qədər vəsait ayrılıb və bu vəsaitlər hansı istiqamətdə xərclənib? Bir məhbusun saxlanması üçün büdcədən təxminən hansı həcmdə vəsait ayrılır?
8. 2012- cü ildə həbs yerlərində nə qədər məhbus dünyasını dəyişib?
9. 2012- ci ildə nə qədər məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib və nə qədər məhbus müalicə alıb?
10. Məhbuslar daha çox hansı xəstəliklərlə bağlı şikayət edir və tibb müəsissəsinə köçürülür?