Paşinyan erməni xalqını vətəndaş itaətsizliyinə çağırdı
25-04-2018, 11:18
Oxunub: 3 934
“Biz hakimiyyətə öz istəyimizi diqtə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil
Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”
Tert.am bildirir ki, bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, bugündən etibarən etirazçılar vətəndaş itaətsizliyinə başlamalıdır: “Bu gün saat 11:00-dan başlayaraq, bütün etirazçıları vətəndaş itaətsizliyinə çağırıram. Həmin vaxt biz də meydanda olacağıq. Hakimiyyətə istəklərimizin yerinə yetirilməsi üçün çağırışlar edəcəyik. Addımlarımıza nə qədər tez cavab veriləcəksə, uğur daha tez bizim dövlətimizin yanında olacaq. Hakimiyyət bunu başa düşməlidir. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə quruluşuna qayıtmaq üçün konkret addımlar atılmalıdır”.
Nikol Paşinyan bildirib ki, Serj Sarkisyan istefa verməklə, məclisdə Respublikaçılar Partiyasının hakimliyini qorumaq niyyətindədir. Onun sözlərinə görə, etirazçılar buna imkan verməyəcək.(lent.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər