BolgeXeber.Com » Siyasət » Deputatın maşını 58 yaşlı qadını vurub öldürdü

Deputatın maşını 58 yaşlı qadını vurub öldürdü

23-01-2013, 12:30
Oxunub: 4 089 Qəza zamanı Aydın Mirzəzadə və başqa bir deputat da maşında olub

YAP-çı deputat Aydn Mirzəzadənin avtomobili qəza törədib. Hadisə Bakı-Astara yolunun 72-ci km-də, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Deputatın avtomobili yolu keçmək istəyən piyada qadını vurub.
Bu barədə Bolgexeber.com-a məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə baş verən zaman Mirzəzadənin yanında deputat həmkarı Elman Məmmədov da olub. Qəza törədən 10 TD 199 dövlət nömrə nişanlı, “Honda Accord” markalı maşında sükan arxasında Mirzəzadənin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun Bakıya qayıtdığı xəbər verilir. A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 58 yaşlı Mariya adlı qadın dünyasını dəyişib. Bildirilib ki, hazırda fakt üzrə araşdırmalar davam etdirilir və müvafiq ekspertizalar təyin edilib.